Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ŞOK! Bərdədə iki il bundan əvvəl kəsilmiş tonlarla ət aşkarlandı
ŞOK! Bərdədə iki il bundan əvvəl kəsilmiş tonlarla ət aşkarlandı
14 Fevral 2014 / 15:01 / Baxış sayı: 50
Font1 Font2 Font3 Font4

Baytarlıq Xidmətinin əməkdaşlarının keçirdiyi reyd zamanı antisanitar vəziyyətdə saxlanılan 10 tondan çox ət araşdırılarkən dəhşətli faktlar üzə çıxıb. Hadisə Bərdə rayonunda mənşəyi bilinməyən tonlarla ət tapılıb. Respublika Baytarlıq Xidmətinin əməkdaşlarının keçirdiyi reyd zamanı Bərdə şəhər sakini Seyfəddin Novruzovun həyətində antisanitar vəziyyətdə saxlanılan 10 tondan çox ət araşdırılarkən dəhşətli faktlar üzə çıxıb.

Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəisi Yolçu Xanvəlinin verdiyi məlumata görə, tapılan ətin içərisində mal, qoyun və digər heyvanlara məxsus ətlər var. Həmin məhsullar insan orqanizmi üçün olduqca təhlükəlidir. Dəhşət burasındadır ki, həmin ətlərin içərisində 2 ildən artıq kəsilmiş heyvanlar və murdar olan heyvanalrın ətləri də var.

“Seyfəddin Novruzov bu ətləri satış məqsədi üçün saxlayırdı. Onun sözlərinə görə, bazara çıxara bilmədiyi üçün ətləri soyuducuda saxlayırmış hazırda reydlərimiz davam edir. Tapılan ət məhv ediləcək”, – deyə Yolçu Xanvəli bildirib.

Faktla bağlı araşdırmalara başlanıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə