Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputat deputatın cavabını verdi
Deputat deputatın cavabını verdi
14 Fevral 2014 / 15:16 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4

“Bəziləri ölkədə bütün işlərin qaydasında olduğunu düşünür”

Azərbaycan Milli Məclisin deputatı Fazil Mustafa Siyavuş Novruzovun tənqidinə cavab verib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən Fazil Mustafa deputat həmkarına ünvanladığı nitqində deyib ki, bəziləri ölkədə bütün işlərin qaydasında olduğunu düşünür:

“Həmkarımın məsələlərə münasibəti məni təəccübləndirdi. Ölkə başçısı müşavirədə deyir ki, mən xalqın xidmətçisiyəm, bu ölkənin əsas problemlərindən biri də korrupsiyadır. Bu məsələdə cəmiyyətin fəallığı özünü göstərməlidir ki, problem yavaş-yavaş aradan qalxsın. Özünü xalqın xidmətçisi hesab edən prezidentin əksinə olaraq, bizim bəzi həmkarlarımız özlərini hansısa məmur qruplarının xidmətçisi kimi göstərməyə çalışır”.

Tənqid dövlətin xeyrinə olduğunu deyən F. Mustafa qeyd edib ki, tənqid neqativ hallarının aradan qaldırılması üçün edilir:

“Korrupsiya hər ölkədə var. Amma Allahsızlıq deyilən bir termin var. Yəni elə məsələlər olur ki, mütləq danışmaq lazımdır. Biz nə deyirik? Binaları bu qədər üzlük çəkilib bu vəziyyətə gətirməyin nə mənası var? Tənqid dövlətin xeyrinədir. Prezident də deyib ki, harada problem varsa, göstərin onun üzərinə gedilsin. Ona görə də biz deyirik ki, nəyinsə bu qədər Allahsız formada dağıdılması özü adamyeyənlikdir. Adamyeyənlərin təmsilçisi, onun müdafiəçisi kimi çıxış edilməsinə təəccüblənmirəm. Çünki artıq bu, ənənəyə çevrilib. Bizim yazıları bu formada təhlil etmək yersizdir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə