Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Biləsuvarda hesabat yığıncağı keçirildi
Biləsuvarda hesabat yığıncağı keçirildi
14 Fevral 2014 / 16:12 / Baxış sayı: 66
Font1 Font2 Font3 Font4

Bu gün Heydər Əliyev Mərkəzində Biləsuvar  rayon İcra  hakimiyyəti başçısının 2013-cü  ilin  yekunlarına dair  hesabat iclası keçirilib. Yığıncaqdan əvvəl iştirakçılar Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoyublar.

Sonra  rayonun sosial-iqtisadi və aqrar sahədəki inkişafını əks etdirən sərgiyə baxış keçirilmiş və aparılan abadlıq və quruculuq işlərindən bəhs edən film nümayiş olunmuşdur.

Rayon İcra Hakimiyyətindən -a daxil olan məlumata görə, yığıncaqda geniş məruzə ilə çıxış edən Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev  ötən ildə rayonun əldə etdiyi uğurlardan danışmış və 2014-cü ildə  görüləcək işlər barədə ətraflı məlumat vermişdir. O, bildirmişdir ki,  Azərbaycan Respublikasının  Prezident cənab İlham Əliyevin apardığı məqsədyönlü və  uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir ki,  ölkəmizin hər bir bölgəsində olduğu kimi rayonumuzda da sosial-iqtisadi inkişaf, abadlıq-quruculuq  sahələrində bir sıra uğurlar əldə olunmuşdur.Ötən il  rayonumuzda ümumi məhsul buraxılışının həcmi 2012-ci ilin  müvafiq dövrü ilə müqayisədə 28.8 faiz artmış, ambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2411  manat təşkil etmişdir.Əsas  kapitala yönələn  investisiyaların və  pərakəndə əmtəə dövriyyəsinin   həcmi 2012-ci illə müqayisədə  18.4 % çox olmuşdur. 2013-cü ildə orta aylıq əmək haqqı 269.0 manat olmuşdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmidə   2012-ci ilə nisbətən  25.7 % artmışdır. Əhalinin sosial rifah halının yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsidə 2013-cü ildə  rayonda 236   fərdi ev tikilmişdir. Ötən il  aqrar sahədə ümumi məhsul istehsalının həcmi 93.6 milyon manat təşkil etmişdir ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən  10.7 faiz çoxdur.Hesabat ilində rayonda  1001 yeni iş yeri açılmışdır.

Regionların inkişafı Dövlət Proqramının icrasına uyğun olaraq ötən il rayonda   tikinti,  abadlıq və quruculuq  sahəsində  xeyli  işlər  görülmüş, bir sıra mühüm obyektlər qısa müddətdə və yüksək keyfiyyətlə inşa edilmişdir.  Şəhərin mərkəzində Heydər Əliyevin adını daşıyan müasir  üslubda yeni park salınmış, Ulu Öndərin əzəmətli abidəsi ucaldılmışdır. 6400 kv.metr sahədə yaşıllıq zolaqları, 400 ədəd dekorativ ağac və 10 min ədəd gül kolları əkilmiş, dörd fontan kompleksi, yeni oturacaqlar  və  müasir işıqlandırma sistemi quraşdırılmışdır. Parkda 56 metr hündürlüyündə  Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılmışdır.Burada Heydər Əliyev  Mərkəzi, rayon İcra Hakimiyyəti və YAP Biləsuvar rayon təşkilatı üçün  yeni inzibati binalar tikilmişdir.      Ölkə Prezidenti cənab İlham Əliyev  2013-cü ilin sentyabr ayının 4-də rayonumuza səfər etmiş və rayonumuz üçün xüsusi önəm daşıyan  yeni içməli su xəttinin və bu tikililərin açılışını etmişdir.Bundan əlavə şəhərin  cənub  istiqamətində   müasir  üslublu  tağvari  giriş  darvazası,  saat  kompleksi, Bolqarçay üzərindəki  körpünün  ətrafında dekorativ  işıqlandırma  sistemi  qurulmuş, Heydər  Əliyev  küçəsində  yaşıllıq  zolaqlarında   3,3  min  kvm  sahədə  qazon  örtük  salınmış, 1000  ədəd  dekorativ  ağac  və  gül  kolları  əkilmişdir. Yol kənarlarında yerləşən  yöndəmsiz  kommersiya  obyektləri müasir formada təmir edilmişdir. Aparılan  tikinti  quraşdırma  işləri  ilə  yanaşı  3.3  km  yol  asfaltlaşdırılmışdır. Bundan başqa Bəhrəmtəpə – Biləsuvar  magistral   avtomobil  yolunda  30,0 km  asfalt – beton  örtüklü  yol  tikilmiş  və  hal – hazırda  yol  tikinti  işləri  davam  etdirilir.Ələt-Astara magistral avtomobil yolunda yol təmir işləri aparılmışdır. 2  hektar  sahədə   kənd  təsərrüfatı   məhsulları   yetişdirən  istixananın, soyuducu ambarların,   saatlıq  gücü  380 ton  olan  asfalt-beton  zavodun  tikintiləri, 1176 şagird yerlik Ağalıkənd tam orta məktəbinin əsaslı təmir işləri  başa  çatdırılaraq  istifadəyə  verilmişdir.

M.Ouliyev  rayonda aparılan abadlıq və quruculuq  işlərindən danışaraq bildirmişdir ki, hazırda      şəhərin  kanalizasiya  sisteminin    tikintisi, uzunluğu 16,0 km olan Ağayrı- Günəşli-İsmətli-Aranlı-Çinarlı-Əliabad kəndlərini birləşdirən və 6,0 km-lik  Əsgərabad-Muğan-Çaylı dairəvi avtomobil yollarının, 640 yerlik Xırmandalı kənd 2 saylı,  220 yerlik Amankənd, 450 yerlik Aşağı Cürəli kənd tam orta məktəblərinin  tikintiləri, Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması və əsaslı təmiri, şəhər küçələrinin müasir formada yenidənqurulması, bir sıra kəndlərimizin qazlaşdırılması  işləri sürətlə davam etdirilir. Bu işlərin 2014-cü ildə başa çatdırılması nəzərdə tutulmuşdur.

Çıхış еdənlər 2013-cü ildə görülmüş işlərdən dаnışdılаr, təklif və rəylərini söylədilər.

Hesabatda iştirak edən Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının məsul işçisi Vəfadar Bağırov çıхış еdərək rеspublikаmızın bütün sаhələrində gеdən dinаmik inkişаfdаn, “Rеgiоnlаrın sоsiаl-iqtisаdi inkişаfı Dövlət Prоqrаmı”ndаn irəli gələn vəzifələrin uğurlа həyаtа kеçməsindən ətrаflı dаnışdı, Biləsuvar rayonunun da  rеspublikаnın digər bölgələrin kimi inkişаf еtdiyini diqqətə çаtdırdı,  аpаrılаn tikinti, quruculuq və аbаdlıq işlərinə yüksək qiymət vеrdi.

Sonda iclas iştirаkçılаrı adından Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvə Müraciət ünvаnlаndı.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə