Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müsavatda istefa dalğası
Müsavatda istefa dalğası
14 Fevral 2014 / 16:30 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Tural Abbaslı tərəfdarlarının partiyadan çıxarılması prosesi başlandı

Yaxın  günlərdə Müsavat Gənclər Təşilatından xaric olan 8 nəfəri müdafiə məqsədilə 30 yaxın gənc Müsavat GT-dən istefa verəcək.

Bu barədə Avropa.info-ya  məlumat verən mənbə bildirib ki, bu gənclər Tural Abbaslının Müsavatın yeni başqanı olması  üçün fəal mübarizəyə  başlayacaqlar. Gənclər bu istiqamətdə sona qədər mübarizə aparmaq niyyətindədirlər.

Mənbə bildirib ki, Müsavat Partiyası rəhbərliyində  qurultaya qədər Tural Abbaslının tərəfdarlarının mövqelərinin sarsıdılması, onun tərəfdarlarının  partiyadan uzaqlaşdırılması xətti tutulub. Bununla razılaşmayan 30-a yaxın gənc partiyanın Gənclər Təşkilatından istefa verməkdə qərarlıdırlar.

Qeyd edək ki, Müsavat Partiyasının Gənclər Təşkilatında qalmaqal yaşanır. Belə ki, Gənclər Təşkilatına sədr seçkisi zamanı  seçkinin saxtalaşdırıldığını iddia edən 8 gənc partiyadan uzaqlaşdırılıb.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə