Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

TQDK: 9522 nəfər ərizəsini təsdiq etdirib
TQDK: 9522 nəfər ərizəsini təsdiq etdirib
17 Fevral 2014 / 11:49 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

Fevralın 11-dən 17-si saat 11.00-dək ali məktəblərin magistratura pilləsinə sənəd verən 9522 bakalavr internetlə elektron ərizəsini təsdiqlədib. Bunu açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, sənəd verənlərin  8059 nəfəri Azərbaycan bölməsinin, qalanları isə rus bölməsinin payına düşür. Rezidenturaya sənəd verən 543 nəfər (445 nəfəri Azərbaycan bölməsi, 98 nəfəri rus bölməsi) sənədlərini təsdiq etdirib.

Qeyd edək ki, magistratura və rezidenturaya ərizə qəbulu fevralın 20-də başa çatacaq. Magistraturaya qəbul imtahanının birinci mərhələsi martın 2-də, ikinci mərhələsi isə mayın 25-də keçiriləcək. Proqram seçimi mayın 1-dən 5-dək, ixtisas seçimi isə mayın 29-dan iyunun 1-dək olacaq.  Rezidenturaya isə qəbul imtahanları isə martın 30-da (I mərhələ) və iyulun 27-də (II mərhələ) keçiriləcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə