Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Təyyarəni ələ keçirməyə cəhd edən şəxs zərərsizləşdirildi
Təyyarəni ələ keçirməyə cəhd edən şəxs zərərsizləşdirildi
17 Fevral 2014 / 11:51 / Baxış sayı: 48
Font1 Font2 Font3 Font4

Cenevrə aeroportu Əddis-Əbəbədən Romaya uçan təyyarənin göyərtəsində gözlənilməz vəziyyətin olduğunu bəyan edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Rusiya KİV-i xəbər yayıb. Bazar ertəsi mətbuatda İsveçrə səmasında təyyarənin ələ keçirildiyi barədə məlumat yayılıb. Lakin məlumat hələlik rəsmən təsdiq olunmayıb.

Cenevrə aeroportunun mətbuat attaşesi xəbər verib ki, “laynerin göyərtəsində gözlənilməz vəziyyət baş verib”. “Аirlinereporter” informasiya portalı bildirir ki, bazar ertəsi Əddis-Əbəbədən Romaya uçan “Efiopiya Hava Yolları”na məxsus təyyarənin ekipajı cinayətkarların təyyarəni ələ keçirdikləri ilə bağlı siqnal veriblər.

Cenevrə aeroportu Efiopiya təyyarəsinin ələ keçirilməsi cəhdini təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Rusiya KİV-i xəbər yayıb. Cenevrə aeroportunun mətbuat attaşesi “Efiopiya Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin ələ keçirilməsi cəhdini rəsmən təsdiqləyib: “Təyyarənin girov götürülməsinə həqiqətən cəhd göstərilib. Mən sizə ətraflı məlumat verə bilmərəm. İndi hadisə yerində polis işləyir”. Təyyarə Cenevrədə yerə enib, sərnişinlərin təhlükəsizliyi təmin olunub. Hava gəmisini ələ keçirməyə cəhd göstərən şəxs saxlanılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə