Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hansı nazirlərin elmi dərəcəsi var?
Hansı nazirlərin elmi dərəcəsi var?
17 Fevral 2014 / 12:00 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Əvvəllər alim, professor, elmlər namizədi olmaq üçün peyğəmbərimizin dediyi kimi, lap dünyanın o başına gedirdilər. İndi isə elmi dərəcə almaq üçün dağ- dərə aşıb, dənizlər keçməyə ehtiyac qalmayıb. Alim olmaq hər bir ali təhsilli üçün əlçatan olub. Hətta yüksək vəzifə sahibləri öz imiclərinə daha da prestij qatmaq üçün elmi dərəcəyə sahib olmağa çalışırlar. 

Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurlar əksəriyyəti isə təbii ki, buna nail olur.

Virtualaz.org bildirir ki, azvision.az yüksək vəzifə sahibləri ilə bağlı məlumatların hər zaman ictimai kəsimin marağını cəlb etdiyini nəzərə alıb nazirlər arasında kimlərin alimlik dərəcələrinə sahib olanlarını araşdırıb.

Məlum olub ki,Azərbaycan Tibb İnstitutunu bitirən səhiyyə naziri Oqtay Şirəliyev namizədlik və doktorluq dissertasiyalarını Moskvada müdafiə edib. O.Şirəliyev professor, tibb elmləri doktorudur.

Ölkənin xarici siyasətini aparan Elmar Məmmədyarov 1977-1982 Kiyev Dövlət Universiteti, Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq bölməsində təhsil alıb. Xarici işlər naziri Elmar Məmmədyarov Xarici İşlər Nazirliyinin Diplomatik akademiyasının tarix elmləri namizədidir.

Maliyyə naziri Samir Şərifov 1983-cü ildə Ukraynada, Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib. Nazir təhsilin magistr dərəcəsi ilə kifayətlənib.

Təhsil Naziri Mikayıl Cabbarov 1997-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcələri alıb.

Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsində təhsil alıb. O, 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb. Həmkarlarından fərqli olaraq onun heç bir elmi dərəcəsi yoxdur.

Nəqliyyat naziri Ziya Məmmədov da ali təhsillidir. Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirən Ziya Məmmədov Beynəlxalq Nəqliyyat Akademiyasının Həqiqi üzvüdür.

Elmi dərəcəsi olan məmurlar sırasında yer alan daha bir nazirimiz isə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovdur. O, 1981-ci ildə mikroelektronika sahəsində disertasiya müdafiə edərək, texnika elmləri namizədi elmi dərəcəsi alıb. 1993-cü ildə “İnformasiya emalı və idarəetmə sistemləri” ixtisası üzrə disertasiya müdafiə edib və texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

Nazir 1996-cı ildə İnformatika sahəsində professor elmi adını alıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də elmi titullu nazirlərdəndir. O, 1992-ci ilin yanvar ayında “1918-1930-cu illərdə – Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb.

Energetika naziri Natiq Əliyevin də alimlik dərəcəsi var. 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsil almış Natiq Əliyev 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədidir. O, böyük elmi işçi vəzifəsində işləyib. N.Əliyevin 100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc olunub, o, Beynəlxalq Şərq Neft Akademiyasının akademikidir. Nazir 2008-ci ildən iqtisad elmlər doktorudur. N.Əliyev 2008-ci ildə Beynəlxalq Mühəndislik Akdemiyasının (Rusiya Federasiyası, Moskva) müxbir üzvi seçilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 18 noyabr 2009-cu il tarixli qərarı ilə N.Əliyev Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının üzvüdür.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov da alimlik dərəcəsinə malik olan məmurlar sırasındadır. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirən Hüseynqulu müəllim 1983-1985-ci illərdə Moskva şəhərində elmi fəaliyyətlə məşğul olub. 1996-cı ildə Nyu-York şəhərində Maunt Sent Vinsent kollecinin dil kurslarını bitirib. 1998-ci ildə Amerika Birləşmiş Ştatlarının Fulbrayt Assosiasiyasının təqaüdü ilə mükafatlandırılıb və İndiana Universitetində tədqiqatçı-professor vəzifəsində çalışıb, eyni zamanda, Universitetin Dil Mərkəzində təhsil alıb. 1990-cı ildə keçmiş SSRİ Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə professor elmi adını alıb.

Hazırda kənd təssərrüfatı naziri olan Heydər Əsədov 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib. 1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb. 1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə