Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ səfirliyindən casus siyahısı ilə bağlı AÇIQLAMA
ABŞ səfirliyindən casus siyahısı ilə bağlı AÇIQLAMA
17 Fevral 2014 / 16:07 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyi jurnalist Eynulla Fətullayevin “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı…” adlı məqaləsindəki əlaqədar ittihamlara münasibət bildirib.

Səfirlikdən sorğusuna cavab olaraq deyilir ki, ABŞ Konqres işçilərindən ibarət olan nümayəndə heyətinin Azərbaycana səfəri adi işgüzar xarakteri daşıyıb: “Səfər zamanı onlar ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri, Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüblər.

Konqres işçilərindən ibarət olan nümayəndə heyətinin Bakıya səfərinin məqsədi Azərbaycanı yaxından tanımaq və bu barədə ABŞ Konqresinə məlumat verməkdir”. ABŞ səfirliyi sözügedən məsələ ilə bağlı əlavə suallara cavab üçün Konqresə müraciət etməyi tövsiyə edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə