Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rza Zərrabla bağlı yeni xəbər
Rza Zərrabla bağlı yeni xəbər
17 Fevral 2014 / 17:05 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Ötən ilin dekabr ayında rüşvət əməliyyatı zamanı həbs edilən iş adamı Rza Zərrabın təyyarəsi 17 dekabrdan sonra ilk uçuşunu həyata keçirib.

Ötən ilin dekabr ayında rüşvət əməliyyatı zamanı həbs edilən iş adamı Rza Zərrabın təyyarəsi 17 dekabrdan sonra ilk uçuşunu həyata keçirib.TC-RZA “Challenger 300” təyyarəsi ötən gün Atatürk hava limanından saat 03.40-da havaya qalxıb. Təyyarə İstanbuldan Moskvaya, Domododevo Hava limanına uçub. Daha sonra təyyarə Sevastopola gedib. Səhər saatlarında isə təyyarə yenidən istanbula qayıdıb.  Təyyarənin kirayə verildiyi açıqlanıb.

Qeyd edək ki, R.Zərrabın həbsindən sonra mal varlığının üzərinə də həbs qoyulmuşdi. lakin bir necə gün öncə təyyarəsinin kredit borcları ödənərək həbsdən çıxarılmışdı.  “Challenger 300” 8 sərnişin tutumuna malikdir. Hündürlüyü 1m 85 sm-dir.
Təyyarənin dəyəri 12-16 milyon dollar dəyərindədir. R.Zərrab müğənni Ebru Gündəşin həyat yoldaşıdır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə