Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Həbs olunmağım haqqında yazılanlar yalandır”
“Həbs olunmağım haqqında yazılanlar yalandır”
17 Fevral 2014 / 17:09 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Bu yalan və iftiraları atanlar Allahdan qorxmurlarmı,belə yalanlar danışırlar?”

“Mənim həbs olunmağım haqqında deyilənlər yalan və böhtandır. Bu yalan və iftiraları atanlar Allahdan qorxmurlarmı,belə yalanlar danışırlar?”  Bunu Avropa.info-ya eksklüziv açıqlamasında bu gün mətbuatda həbs xəbəri yayılan Müşfiqabad məscidinin imamı Mübariz Qaçayev deyib. Onun bildirdiyinə görə, bir neçə gündür şəxsi problemləri ilə bağlı evdədir.

“Bir neçə gündür, şəxsi problemlərimlə bağlı, daha doğrusu ailəmdə xəstə olması ilə əlaqədar, cəmiyyət arasında görünə bilmirəm. Bundan istifadə edərək haqqımda yalan və iftira dolu məlumatlar yayırlar.”
Qeyd edək ki, bu gün mətbuatda  Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən və sələfi camaatının ən çox toplaşdığı məscidinin imamı Mübariz Qaçayev həbs olunduğu haqda məlumat yayılıb. Məlumatda bildirilir ki, məscid ətrafında yaşayan sakinlərdən birinin verdiyi məlumata görə, M.Qaçayevi məscidin qarşısında başına torba keçirməklə saxlayıb naməlum istiqamətə aparıblar.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə