Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Astara bazarında yanğını söndürmək mümkün olmur
Astara bazarında yanğını söndürmək mümkün olmur
17 Fevral 2014 / 17:14 / Baxış sayı: 210
Font1 Font2 Font3 Font4

Yanğının söndürüləməsinə çoxlu sayda yanğınsöndürən və canlı qüvvə cəlb olunub

Hadisə Bazarda yanğının söndürülməsi hələ də mümkün olmayıb. Masallı rayonundan da əlavə qüvvələr hadisə yerinə cəlb olunub. Lakin alov getdikcə şiddətlənib.

***

16.49

Astara bazarındakı yanğın hələ də söndürülməyib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hazırda yanğının söndürləməsi üçün 5 yanğınsöndürən cəlb olunsa da, alovun qarşısını almaq mümkün olmayıb. Sonradan əlavə yanğınsöndürən də hadisə yeirnə cəlb olunub. Hazırda hadisə yerində 10-a yaxın yanğınsöndürən cəlb olunub. Lakin hələ də yanğının qarşısını almaq mümkün olmayıb.

Bazar rəhbərliyi ANS PRESS-in bölgə müxbirinə bildirik ki, bazarın ümumi sahəsi 5 min km.dir. Yanğın min kv.-ə yaxın ərazini əhatə edir.

Sahibkarlar bildirilər ki, onlara külli miqdarda ziyan dəyib.

16.22

Hələ ki, Astara bazarındakı yanğını sönürmək mümkün olmayıb. ANS PRESS-in məlumatına görə, hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

***16.03

Bu gün saat 15 radələrində Astara rayonunun mərkəzi bazarında dəhşətli yanğın başlayıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, yanğının söndürüləməsinə çoxlu sayda yanğınsöndürən və canlı qüvvə cəlb olunub.

Hazırda yanğın güclü olduğu üçün alovun qarşısını almaq mümkün olmayıb. Hadisə yerində yanğınsöndürənlər çalışır.

Qeyd edək ki, bir neçə gün əvvəl Şəkinin də mərkəzi bazarında yanğın olmuşdu.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə