Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rəsmi Bakı Sarkisyanın cavabını verdi
Rəsmi Bakı Sarkisyanın cavabını verdi
17 Fevral 2014 / 17:16 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

Ermənistan rəhbərliyinin Azərbaycana qarşı ittiham irəli sürməyə mənəvi haqqı yoxdur

Azərbaycan xalqına qarşı ağır müharibə cinayətlərini və etnik təmizləmə əməllərini törətmiş, Xocalı soyqırımının hazırlanmasında və həyata keçirilməsində bilavasitə iştirak etmiş Ermənistan rəhbərliyinin sülh, mənəvi və əxlaqi dəyərlərdən danışması riyakarlığın ən ifrat nümunəsidir.

Bu barədə FaktXəbər-ə XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin Ermənistan prezidentinin fevralın 15-dəki çıxışına dair açıqlamasını şərh edərkən bildirib.

XİN rəsmisi deyib ki, Ermənistan ərazisində yaşamış bütün xalqlara, xüsusilə köklü azərbaycanlılara və eləcə də işğal olunmuş ərazilərdə Azərbaycan əhalisinə qarşı qanlı təmizləmə törətmiş Ermənistan rəhbərliyinin Azərbaycana qarşı ittiham irəli sürməyə mənəvi haqqı belə yoxdur: ” Məgər Azərbaycan və erməni xalqlarının “etnik uyğunsuzluğu”ndan danışan Serj Sarkisyan və onun sələfi Robert Köçəryan deyildimi? Həmin Serj Sarkisyan deyilmi, öz ölkəsinin gəncləri qarşısında çıxış edərək, xülyalarda yaşayan “Böyük Ermənistan” yaratmaq üçün onları qonşu dövlətlərin ərazilərinə göz dikməyə və gələcəkdə daha böyük və qanlı müharibələrə təhrik edən? Bu irqçi və digər xalqlara və millətlərə nifrət siyasətinin nəticəsidir ki, Ermənistan mono-etnik dövlətə çevrilib. “Azadlıq” və “patriotirzm”dən dəm vuran Ermənistan rəhbərliyinin öz xalqına rəftarının və münasibətinin dəfələrlə şahidi olmuşuq.”

Onun sözlərinə görə, Ermənistanın ictimai xadimlərinin dediyi kimi erməni xalqına qarşı “ağ soyqırım” törədən Ermənistan rəhbərliyi yüz minlərlə Ermənistan vətəndaşının ölkədən didərgin düşməsinə və digər ölkələrdə rəzalət halında qanunsuz miqrant kimi yaşamaq həyata məhkum edilməsinə görə bilavasitə məsuliyyət daşıyır. Populizm və yalan dolu şüarlarla çıxış edən, xalqın fikrini kəskin ölkədaxili problemlərdən yayındırmağa çalışan Serj Sarkisyanın anti-Azərbaycan və irqçi təfəkkürlü fikirlərinin əvəzinə əhalisinin 40 faizindən artığı yoxsulluğun ən aşağı həddində yaşayan Ermənistanın fəlakət astanasında olmasına aydınlıq gətirməyə çalışması daha faydalı olardı.

XİN rəsmisi vurğulayıb: “Ermənistandan fərqli olaraq, Azərbaycan xalqı əsrlərdən bəri formalaşmış və fəxarət mənbəyi olan öz çoxmədəniyyətlilik və tolerantlıq xüsusiyyətlərini qoruyub saxlamış və Azərbaycan bu gün dünyada tolerantlıq nümunəsi kimi qəbul olunur. Azərbaycanda bir çox millətlərin, o cümlədən ermənilərin yaşaması və müasir Azərbaycanın inkişafından tamhüquqlu vətəndaş olaraq, faydalanmaları Azərbaycan xalqının yüksək mənəvi xüsusiyyətlərindən xəbər verir. Amma Serj Sarkisyan unutmamalıdır ki, Azərbaycan dövləti onun ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına və onun ərazilərinin ilhaq edilməsinə heç bir zaman icazə verməyəcək və gec-tez Azərbaycanın işğal olunmuş əraziləri azad olunacaq və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı təmin ediləcək.”

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə