Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Arif Qaraşov Bakı sakinini evindən çıxardır – FOTOLAR
Arif Qaraşov Bakı sakinini evindən çıxardır – FOTOLAR
17 Fevral 2014 / 19:00 / Baxış sayı: 178
Font1 Font2 Font3 Font4

“ELİPS-R LTD” MMC Bakı şəhəri, Nəsimi rayonu S.Rüstəm küçəsi 81 evdəki, 1 saylı mənzilin Əliyev Camal Əlibala oğluna məxsus sahəsinə ədalətli konpensasiya verməkdən imtina edərək zor gücünə vətəndaşa təziq göstərməklə öz şəxsi mülkiyyətindən didərgin salmaq niyyətindədir .

Bu barədə arxiv.bizimxeber.az -a  C.Əliyevin vəkili İradə Cavadova məlumat verib. İ.Cavadovanın verdiyi məlumata görə, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 05.03.2004-cü il tarixli 45 saylı sərəncamı əsasında Bakı şəhəri, Nəsimi Rayonu, 968–ci məhəllədə X.Şuşinski, F.Qasımzadə, M.Qasımov və S.Rüstəm küçələri ilə əhatə olunmuş ərazidə yaşayış binalarının layihələşdirilməsinin və tikintisinin “ELİPS-R LTD” MMC-nin istifadəsinə verildiyini və ərazidə yaşan sakinlərin köçürülməsi və tikililərin sökülməsinin qeyd olunan MMC-nin vəsaiti hesabına həyata keçirilməlidir.

“Bu məqsədlə mənzilin paylı mülkiyyətçilərinin paylarının mənzilinin dəyəri ödənilməklə və ya başqa yaşayış sahəsi verilməklə həmin mənzildən çıxarılması qərarına alınmış, lakin payçılara heçnə ödənilməmiş. Hətta söküntü və tikintinin qadağan olunması barədə Nəsimi rayon Məhkəməsinin qərardadı olmasına baxmayaraq bu gün həmin əraziyə ağır texnika gətirilmiş və söküntü işlərinə başlanılmışdır. Məhkəmə qərarının icra edilməməsinə görə sadə vətəndaş cəzalanır . Bəs qolu güclü, pullu sabiq məmurlar necə? Yəqin ki mükafatlanır. Çünki mənimlə danışan həmin MMC-nin direktoru məhkəmə filan tanımadığını və ərazini sökəcəyini, özü istədiyi kompensasiyanı verəcəyini bildirmişdir. Bu da bizim konstitusion hüquqlarımız !”

Vəkil bildirib ki, onda olan məlumata görə, “ELİPS-R LTD” MMC-nin sənədlərində rəhbər kimi başqa adam göstərilsə də, MMC Dövlət Yol Polisinin keçmiş əməkdaşı Aydın Cəfərov və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşova məxusudur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

İlkin
arxiv.bizimxeber.az

arif qara1 arif qara 2



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə