Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Astarada bu gün nə baş verib?-TƏFƏRRÜAT
Astarada bu gün nə baş verib?-TƏFƏRRÜAT
18 Fevral 2014 / 0:06 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

“Astarada hazırda heç bir aksiya yoxdur”. APA-nın cənub bürosunun əməkdaşının bildirdiyinə görə, gün ərzində Astara rayon İcra Hakimiyyətinin qarşısında da hər hansı aksiya keçirilməyib.

Əməkdaşımızın bildirdiyinə görə, bu gün Astara rayonunun Ərçivan qəsəbəsinin bir qrup sakini əvvəlcə Ələt-Astara magistral yolunu bağlamağa cəhd ediblər. Daha sonra onlar Astara rayon Polis Şöbəsinin qarşısına toplaşıblar. Ərçivanlıların sözlərinə görə, sosial şəbəkələrdə qəsəbə sakinlərinin ünvanına təhqiramız ifadələr işlədilib. Onlar bu ifadələri yazanın Astara sakini olduğunu, bu şəxsin cəzalandırlmasını tələb etdiklərini bildiriblər.

Astara Rayon Polis Şöbəsinin müstəntiqi Hikmət Ağayev də APA-nın yerli bürosuna Ərçivan qəsəbə sakinlərinin ərizə ilə polis şöbəsinə müraciət etdiklərini təsdiqləyib: ”Həqiqətən də bu gün qəsəbənin bir qrup sakini şöbəyə gələrək, sosial şəbəkədə təhqir olunduqlarını, bunu yazan şəxsin isə rayonun Pensər kəndinin sakini olduğunu bildiriblər. Qəsəbə sakinləri həmin şəxsdən şikayətçi olub, onun cəzalandırılmasını istəyiblər. Tərəfimizdən aparılan araşdırmalardan sonra məlum oldu ki, təhqir heç də bu şəxs tərəfindən edilməyib. Sadəcə, bir başqası həmin şəxsin profilinə daxil olmaqla orda bu cür ifadələr yazıb və qarşıdurma yaratmağa cəhd edib. Hazırda polis araşdırma aparır və bunu edənin şəxsiyyətini müəyyənləşdirməyə çalışır”.

Polis şöbəsindən bildirilib ki, sakinlər şikayətlərini bildirəndən sonra ərazini tərk ediblər. Polislə sakinlər arasında hər hansı insident baş verməyib.

Qeyd edək ki, bəzi media orqanlarında və sosial şəbəkələrdə Astara rayon İcra Hakimiyyətinin qarşısında aksiya keçirilməsi barədə məlumat yayılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə