Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şəhər Prokurorluğuna yeni şöbə rəisi təyin edilib
Şəhər Prokurorluğuna yeni şöbə rəisi təyin edilib
18 Fevral 2014 / 12:44 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Bir müddət əvvəl sosial şəbəkələrdə övladı bahalı avtomobillərini nümayiş etdirdiyinə görə tutduğu vəzifədən istefa verən prokurorluq işçisinin yerinə təyinat olub.

APA-nın məlumatına görə, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Baş Prokurorluqda Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə rəis müavini Rövşən Maqsudov Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, buna qədər Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi vəzifəsində Ramiz Nəbiyev çalışıb. Bir neçə ay əvvəl R.Nəbiyevin oğlu Elvin Nəbizadənin “facebook” səhifəsində bahalı avtomobillərinin şəklini paylaşması mətbuatda geniş müzakirələrə səbəb olub. Həmin hadisədən bir müddət sonra R.Nəbiyev öz ərizəsi ilə işdən çıxıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə