Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şəmsəddin Hacıyevin saxta diplom «fabriki»
Şəmsəddin Hacıyevin saxta diplom «fabriki»
18 Fevral 2014 / 13:02 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Millət vəkili, Azərbaycan İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev Dərbənd filialı vasitəsi ilə hər il universitetə TQDK-nın qəbul imtahanlarında kənar yüzlərlə tələbə qəbul edir. Bir il sonra həmin tələbələr İqtisad Universitetinə köçürülürlər.

Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı PİA.AZ ilginc məlumat daxil olub. Daxil olan məlumata əsasən Dövlət İqtisad Universitetinin Dağıstanda yerləşən Dərbənd filialı vasitəsi ilə hər il İqtisad Universitetinə yüzlərlə tələbə qəbul olunur. Xatırladaq ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı Dərbənd şəhərində yaşayan azərbaycanlıların təhsil problemlərini həll edilməsi üçün 1993-cü ildə mərhum prezident Heydər Əliyevin təşəbbüsü və göstərşi əsasında yaradılıb. Dərbənd filialının tədris binası 2013-cü ildə prezident İlham Əliyev tərəfindən ayrılmış vəsait hesabına yüksək standartlara uyğun olaraq tikilib istifadəyə verilib. İqtisad Universitetinin Dərbənd filialındə Dünya iqtisadiyyatı, Maliyyə-Kredit, Mühasibat uçotu və auidit, Gömrük işinin təşkili, İqtisadiyyatın hüquq tənzinlənməsi fakultələri fəaliyyət göstərir.

PİA.AZ-a daxil olan məlumata əsasən Dərbənd filialının direktoru Rövşən Göyüşovla İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıiyev uzun illərdir işbirliyi nəticəsində hər il tələbə qəbulundan və köçürmələrindən külli miqdarda manat qazanc əldə edirlər. Belə ki, Azərbaycan dövlətinin vətəndaşları Dərbənd filialına daxili imtahan adı altında qəbul olunurlar və 1 il bu təhsil müəssisəsində oxuduqdan sonra həmin tələbələr İqtisad Universitetinə köçürülürlər.

Məlumatdda qeyd olunur ki, ixtisasdan asılı olaraq Dərbənd filialına tələbə qəbulunun qiymətləri 10 min manatla 15 min manat arasında dəyişir. İqtisad Universitetinə köçürülmə əməliyyatı isə yenə ixtisasdan asılı olaraq 5 min manatla 10 min manat arasında reallaşır.

Mənbə bildirir ki, il ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialına Bakıdan gedən 100-dən çox tələbə qəbul olunur və bir ildən sonra həmin tələbələr İqtisad Universitetinə köçürülür. Bildirilir ki, İqtisad Universitetinin Dərbən filialı və rektor Şəmsəddin Hacıyevin bu əməliyyatlarında Təhsil Nazirliyinin məmurlarından biri də aktiv iştirak edir.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə