Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ərəstun Cavadovun diplomsuz bələdiyyə sədri olan qohumu
Ərəstun Cavadovun diplomsuz bələdiyyə sədri olan qohumu
18 Fevral 2014 / 13:18 / Baxış sayı: 74
Font1 Font2 Font3 Font4

Zərbalı, yoxsa Hakim Məmmədov?

İlk öncə ondan başlayaq ki, Ağsu rayonu Qaravəlli kənd bələdiyyəsinin sədri Hakim Məmmədov haqqında dövrü mətbuatda müəyyən fasilələrlə yazılar dərc olunur. Yazılanlardan məlum olur ki, Milli Məclisin üzvü, keçmiş “MUM” ticarət mərkəzinin direktoru Ərəstun Cavadovun yaxın qohumu olan Hakim Məmmədov indiyədək saxta diplomla fəaliyyət göstərib. Ümumiyyətlə, kənd sakinləri neçə ildir ki, bələdiyyə sədrinin əməlləri barədə dövlət orqanlarına şikayətlər yollayırlar.

Qafqaznews.az-ın məlumatına görə, şikayətçiləri müəyyən etmək və məhkəmə yolu ilə cəzalandırmaq üçün Hakim Məmmədov Heydər Əsgərovu özünə vəkil tutub. Hətta Hakim Məmmədov vəkili Heydər Əsgərov vasitəsilə şikayətçiləri hüququ yolla susdurmaq üçün Ağsu rayon məhkəməsinə də müraciət edib. Bələdiyyə sədrinin iddiasına hakim Tahir İsmayılov baxacaq.  Deməli, bələdiyyə sədri məsuliyyətini dərk edib problemləri həll etmək əvəzinə şikayətçiləri cəzalandırmaq istəyir.

Bu yaxınlarda təsadüf nətcəsində Qafqaznews.az saytının əməkdaşı ilə telefon əlaqəsi saxlayan vəkil Heydər Əsgərov Hakim Məmmədovun diplom məsələsinə aydınlıq gətirib. Onun dediklərindən belə aydın oldu ki, bələdiyyə sədrinin, ümumiyyətlə, diplomu olmayıb. Ancaq söhbət zamanı hiss elədik ki, Hakim Məmmədovun diplomu olub, ancaq saxta diplom söhbəti ortaya çıxanda, məsləhət biliblər ki, diplomu qoy bir kənara.

Bizimlə söhbətində vəkil şikayətçilərdən Zahir Kərimovun adını çəkdi.
Onu da bildirək ki, bəzi mətbuat vasitələrində bələdiyyə sədrinin adı Zərbalı kimi gedir. Vəkil bizə bildirdi ki, bu bələdiyyə sədrinin ləqəbidir. Zərbalı müəllimin şikayətçiləri cəzalandırmaq həvəsi həm də onun arxalı olmasından irəli gəlir. Yuxarıda qeyd etdiyimiz kimi bələdiyyə sədri millət vəkili Ərəstun Cavadovun yaxın qohumudur.

Gələn yazımızda Hakim Məmmədovun özəl biznesi, Bakıdakı obyektləri və onun biznes şəriki olan Dəmirov Vüqar Ənvər oğlu barədə geniş yazı dərc edəcəyik.

Yeri gəlmişkən, onu bildirək ki, Vüqar Dəmirov əvvəllər kislorod zavodu işlədib və 2010-cu ildə Xırdalanda “Viləşçay” MMC-də baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaqa çağrılsa da sonradan canını qurtara bilmişdi.

Bu barədə növbəti yazıda tanış ola bilərsiniz.

arxiv.bizimxeber.az



Ərəstun Cavadovun diplomsuz bələdiyyə sədri olan qohumu yazısına 2 şərh yazıldı




Yuxarı Geri Ana səhifə