Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kiyev yenidən qarışdı – Canlı yayım
Kiyev yenidən qarışdı – Canlı yayım
18 Fevral 2014 / 13:22 / Baxış sayı: 20
Font1 Font2 Font3 Font4

Kiyevdə polis əməkdaşları aksiya iştirakçılarına rezin güllələrlə atəş açıb. Musavat.com-un “Frans Press”ə istinadən verdiyi məlumata görə, əvvəlcə aksiya iştirakçılarından bir neçəsi asayiş keşikçilərini daşqalaq edib.

Avropaya inteqrasiya tərəfdarları Ukrayna parlamentinə doğru irəliləyir.

Ukrayna müxalifəti Ali Radanın tribunasını mühasirəyə alıb. Müxalifətçi deputatlar bu addımı spiker Vladimir Rıbakın 2004-cü il Konstitusiyasına qayıdışla bağlı bəyannamə layihəsini gündəliyə salmamasına etiraz əlaməti olaraq atıblar.

* * *
12:16

Ukraynanın UDAR partiyasının lideri Vitali Kliçko Almaniya kansleri Anqela Merkeldən Ukrayna prezidenti Viktor Yanukoviçə və onun yaxın ətrafına qarşı sanksiyaların tətbiq edilməsini xahiş edib.

Virtualaz.org-un ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə Kliçko Almaniyanın paytaxtı Berlində Merkellə görüşündən sonra keçirdiyi mətbuat konfransında məlumat verib.

“Ukraynanın təhlükəsiz ölkə olmaması bütün Avropa Birliyi nöqteyi-nəzərindən problemli ola bilər. Bu səbəbdən prosesdə Almaniya hökumətindən dəstək istədik. İnsan haqlarına zidd olan təzyiq tətbiq edən siyasi iqtidara qarşı iqtisadi embarqonun tətbiq edilməsi işə yaraya bilər. Almaniya Ukraynadakı siyasi problemlərin həll edilməsində mühüm rol oynaya bilər”, – deyə Kliçko bildirib.

Almaniya kansleri Anqela Merkellə görüşdə Vitali Kliçko ilə yanaşı Ukrayna müxalifətinin lideri, «Batkivşina» partiyasının sədri Arseni Yatsenyuk da iştirak edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə