Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qaynar.info-da nə baş verir?
Qaynar.info-da nə baş verir?
18 Fevral 2014 / 14:04 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Son günlər ölkənin köklü xəbər portallarından biri olan Qaynar.info-nun bir çox əməkdaşlarının işdən ayrılması ilə bağlı xəbərlər yayılır.

Portalda baş verən “yarpaq tökümü”nün səbəbləri ilə bağlı musavat.com-a danışan baş redaktor Şəmşad Ağa bildirib ki, bəzi işçilərin portaldan ayrılması xəbərləri doğrudur.

“Qaynar.info müstəqil, heç bir maliyyə mənbəyindən asılı olmayan portaldır. Büdcəmizi əsasən reklamlardan formalaşdırırıq. İlin əvvəli olduğu üçün reklam gəlirlərimizdə azalma müşahidə olunur. Ona görə də bəzi ixtisarlar aparmaq zorunda qaldıq. Kollektivin bir hissəsi ilə dost şəklində yollarımızı ayırdıq. Sağ olsunlar, həmkar saytlar xahişlərimizi nəzərə alıb, bəzi işçilərimizi yerbəyer etdilər. Nəticədə heç kim işsiz qalmadı. Amma sayt mobil kollektivlə işini davam etdirir”.

Qeyd edək ki, Qaynar.info Azərbaycanın ən uzunömürlü xəbər portallarından biridir. Aprel ayının 25-də saytın 7 yaşı tamam olur.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə