Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev Monako Knyazı ilə görüşdü
İlham Əliyev Monako Knyazı ilə görüşdü
18 Fevral 2014 / 16:16 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də ölkəmizə səfərə gəlmiş Monako Knyazı II Albert ilə görüşüb.

Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Monako Knyazı II Albert Prezident İlham Əliyev ilə müxtəlif vaxtlarda keçirdiyi görüşlərini məmnunluqla xatırladıb. 2015-ci ildə ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının önəmini qeyd edən Monako Knyazı bu böyük idman tədbirinin uğurla təşkil olunacağına əminliyini ifadə etdib.

Dövlət başçısı Monako Knyazı II Albertin ölkəmizə səfərinin Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını dedi. 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına toxunan Prezident İlham Əliyev az vaxt qalmasına baxmayaraq, bu idman tədbirinə hazırlıq proseslərinin uğurla həyata keçirildiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Monako arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə