Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rauf Arifoğlu bu fotoya görə prokurorluğa çağırıldı- Foto
Rauf Arifoğlu bu fotoya görə prokurorluğa çağırıldı- Foto
18 Fevral 2014 / 19:04 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bu gün axşam saatlarında Başı şəhər Prokurorluğuna dəvət olunub. Bu barədə baş redaktora Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov xəbər verib. Sultanov Arifoğlunun şəhər prokurorluğuna hansı səbəbdən çağırıldığını da deyib.

Aydın olur ki, baş redaktorun prokurorluğa çağırılmasının səbəbi bu gün musavat.com saytında gedən “Günün fotosu: harın oğulun qəzası” başlıqlı yazıdır. Həmin yazıda “Mersedes-Gallendvagen” markalı bahalı avtomobilin qəza törətməsindən bəhs olunur və bildirilir ki, deyilənə görə, bu qəzanı törədən şəxs Bakı şəhərinin rayonlarından birinin prokurorunun oğludur.

Musavat.com bu qeydləri edərkən qəzaya düşən və dövlət nömrə nişanı açılaraq aparılmış avtomobilin şəklini versə də, əlində olan informasiyaya baxmayaraq, nömrə nişanını göstərməmişdi.

İndi qeyd edək ki, həmin maşının dövlət nömrə nişanı 90 DD 065-dir. Əgər prokurorluq və ya hansısa dövlət qurumu maşınının sürücüsünün kimliyini tapmaq istəyirsə, bu informasiyalardan çıxış edə bilər. Yox, əgər təkzib vermək istəyirlərsə, bunu da edə bilərlər, avtomobilin əslində kimə məxsus olduğunu bildirərək düzəliş vermək kifayətdir.

Bu mövzuda musavat.com-a açıqlama verən R.Arifoğlu bildirib ki, şifahi telefon çağırışı əsasında şəhər prokurorluğuna getmək fikrində deyil: “Hər şey rəsmi çağırış əsasında olmalıdır. Mən saytın baş redaktoru deyiləm, təsisçisiyəm”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə