Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda şirkət rəhbəri fırıldaqçılıqla məşguldur – İDDİA
Bakıda şirkət rəhbəri fırıldaqçılıqla məşguldur – İDDİA
18 Fevral 2014 / 19:06 / Baxış sayı: 22
Font1 Font2 Font3 Font4

“Azərbaycanda özəl şirkətlərdən birinin rəhbəri fırıldaqçılıqla məşğuldur. Həmin şəxs xeyli insanı işlədərək əmək haqqlarını ödəməkdən imtina edir”.

Bu barədə Qaynar.info-ya açıqlamasında jurnalist Oral Mədənçi bildirib: “Sözügedən şəxsin adı Zamiq Yunisovdur. Onun “Z-Company 2007” adlı şirkəti təşkilatçılıq və müxtəlif televiziyalar üçün verilişlər hazırlamaqla məşğuldur. Ayrı-ayrı insanları işə dəvət edən Zamiq Yunisov onları işlədərək əmək haqqlarını vermir. Haqqlarını tələb edən şəxsləri təhqir edir. Onun bir çox insana əməkhaqqı borcu var.

Mən də Aysel Həşimova adlı tanışımı jurnalist Aynur Babasoyun vasitəçiliyi ilə ora işləməyə yollamışdım. Bir də eşitdim ki, iki aydır xanımın pulunu vermir. Nəinki pulunu vermir, üstəlik təhiq edir və hədələyir. Məcburən həmin şəxslə özüm danışdım. Mənə dedi ki, bu gün pulu ödəyəcək. Kirayədə qalan, yenicə doğulmuş körpəsi xəstə olan bir insan son pulunu yola xərcləyərək ümidlə əməkhaqqını almağa gedib. Amma bu adam telefonlarını söndürərək yoxa çıxıb”.

Oral Mədənçi əlavə edib ki, bu şəxs bir nəfəri yox, onlarla adamı aldadıb: “Bu birbaşa fırıldaqçılıqdır. Yaxın günlərdə həmin şəxslərin adından Respublika Prokurorluğuna müraciət edəcəyəm.

Məndə olan məlumata görə, Zamiq Yunisov bir çox müğənniləri də aldadıb. Hətta onun xarici ölkələrdən birinin hava yolları şirkətinə 150 min manat borcu var. Biz hüquqi dövlətdə yaşayırıq, inanıram ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu məsələni araşdıracaq və onu məsuliyyətə cəlb edəcək”.

İddialarla bağlı şirkətin rəhbəri Zamiq Yunisovun (070) 250 0220 nömrəli telefonuna bir neçə dəfə zəng etdik. Telefon çağırsa da, Yunisov zənglərimizə cavab vermədi. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az



Bakıda şirkət rəhbəri fırıldaqçılıqla məşguldur – İDDİA yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə