Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hüquq müdafiəçisi icra başçısı ilə nəyi bölüşə bilmir?
Hüquq müdafiəçisi icra başçısı ilə nəyi bölüşə bilmir?
19 Fevral 2014 / 13:14 / Baxış sayı: 218
Font1 Font2 Font3 Font4

İki gün əvvəl Salyanda fəaliyyət göstərən Demokpratiyaya Yardım İctimai birliyinin sədri Emil Məmmədov Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovdan Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə şikayət məktubu ünvanladı. Mətbuatda dərc olunan məktubda QHT sədri icra başçısına və rayon Telekommunikasiya qovşağının rəisi Faiq Nəcəfova müxtəlif ittihamlar səsləndirdi.

Nəzərə alsaq ki, təqribən bir il əvvəl Emin Məmmədov Salaynda Tahir Kərimovun ən qızğın müdafiəçilərindən biri idi və mətbuatla əlaqələrindən istifadə edərək icra başçısına təriflər yağdırırdı, o zaman birdən birə Salyanın QHT sədrinin 180 dərəcə dəyişməsi maraq doğurmaya bilməz. QHT sədri ilə icra başçısının savaşının pərdə arxası ilə bağlı bu gün bizimxəbər.az-ın elektron poçtuna maraqlı məlumat daxil olub.

Daxil olan məlumatda Emin Məmmədovla Tahir Kərimovun arasının açılmasının bir neçə səbəbi göstərilir. Belə  ki, Emin Məmmədovun icra başçısına qarşı açıq bayraq açmasının əsas səbəblərindən biri salyanlı QHT sədrinin deputat olmaq həvəsinə düşməsidir.

Məlumatda öncəliklə qeyd olunur ki, Emin Məmmədov Salyanın bütün icra başçılarından «aylıq» alıb. İstər Rasim Bəşirov, istər hazırda millət vəkili olan Əliağa Hüseynov Salaynın QHT sədrinə və eyni zamanda ADP rayon təşkilatının sədri olan Emin Məmmədova «aylıq» ödəmək zorunda qalıblar. Əks təqdirdə Emin Məmmədov rayonda təşkil etdiyi şikayət məktubları ilə başçıları «yaylım atəşə tutub».

Hətta Əliağa Hüseynov Emin Məmmədovun təzyiqləri qarşısında davam gətirə bilməyərək, onun oğlunu Kirpdə təhsil almağa yollayıb və oğlunun bütün xərclərini öz üzərinə götürüb. Lakin Emin Məmmədovun oğlu Kiprdə oxuya bilmədiynə görə, geri dönməyə məcbur olub və bu dəfə Salyanın keçmiş icra başçısı Emin Məmmədovun oğlunu Bakıdakı ali məktəblərdən birinə düzəldib və yenə bütün xərcləri özü çəkib.

Tahir Kərimov Salyana icra başçısı təyin olunduqdan sonra Emin Məmmədovun işləri daha da düzənə düşüb. Belə ki, yeni başçının qaynı və köməkçisi Kamran Emin Məmmədovun tələbə yoldaşı olub. Kamranın sayəsində Tahir Kərimovdan hər ay «yağlı tikə» alan Emin Məmmədov Tahir Kərimova qarşı mətbuatda gedən yazıların səngiməsi üçün bütün vasitələrdən və əlaqələrindən istifadə edib. Lakin çox keçmədən Tahir Kərimovun qaynı köməkçi vəzifəsindən ayrılıb və Bakıya qayıdıb. Bundan sonra isə Emin Məmmədovun “yağlı tikəsi” kəsilib

“Aylıqdan” məhrum olan Emin Məmmədov elə bundan sonra icra hakimiyyətindən yazmağa başlayıb. Soz yox Tahir Kərimov Emilə müəyyən güzəştlər etmək fikrində olsada seçkidə Emilin gündüz müxalifçilərlə, axşam iqtidar nümayəndəsiylə olması, iki başlı oyunu İcra başçısnın xoşuna gəlməyib. Odur ki seçkidən sonra ona maliyə dəstəyi gostərən idarə rəhbərlərinə, eyin zamanda sahibkarlara qəti tapşırıq verib ki bu işləri dayndırn. Nəticdə rayon maliyə şöbəsinin müdürü Mahir Kərimov Emilin ən boyük maliyə qaynaqalırndan biri olan xalası oğlu İlqara məxsus çörək zavodun satınalmalardan kənarlaşdırıb. Dava da bundan sonra qızışıb.

Göndərilən məktubda Emin Məmmədovun Tahir Kərimovla münasibətlərinin daha da ağırlaşmasında ikinci və əsas faktorlardan biri kimi icra başçısının ATXƏM sədri İlham İsmayılovla dostluq münasibətində olması qeyd olunur.

Belə ki, 2015-ci ildə deputat olmağı qarşısına məqsəd qoyan Emin Məmmədov İlham İsmayılovu özunün əsas rəqibi olaraq görüb və başçının parlament seçkilərində İlham İsmayılova dəstək verəcəyinə görə hər ikisini gözdən salmaq üçün fəaliyyətə keçib.

Qeyd edək ki, İlham İsmayılov iki dəfə deputatlığa namizəd olub. Lakin Fəzail Ağamalıya görə şansını dəyərləndirə bilməyəib. İndi isə Tahir Kərimovla dostluq edən İlham İsmayılovun deputat olmaq üçün şansları daha böyükdür. Bu isə təbii olaraq Emin Məmmədovu qıcıqlandırır.

Prezident seçkilərindən sonra icra başçısı ilə qarşıdurma nəticəsində Emin Məmmədov bütün maliyyə mənbələrindən mərhum olub. Belə ki, Tahir Kərimov Emin Məmmədova «yardım» edən bütün idarə müdirlərinə sərt şəkildə xəbərdarlıq edib. Nəticədə Emin Məmmədov əslən salyanlı olan general Vaqif Axundovdan yardım istəyib. Generaldan gözlədiyi dəstəyi ala bilmədiynə görə müxtəlif mətbu orqanlarda general haqqında dezinformasiyalar yayıb.

Daxil olan məlumatda həmçinin vurğulanır ki, 15 ildir ki, heç bir yerdə işləməyən Emin Məmmədov Salyaının imkanlı adamlarından biri hesab olunur. Onun əsas gəlirlər yerlərindən biri isə imkanlı şəxsləri xaricə mühacir yollamaqdır.  Belə ki, ADP rayon təşkilatının aparıcı üzvü olaraq Emin Məmmədov mühacirətə getmək istəyən insanlardan pul alaraq onlara güya ADP üzvü olması və ölkədə təqiblərə məruz qalması haqqında sənədlər verir. Digər gəlir sahəsi xarici donor təşkilatlarla əmkadaşlıq edərk onlardan maliyə dəstəyi alıb müxtəlif fəaliyyətlərlə məşğul olmasıdır.

Bundan başqa daxil olan məlumatda bildirilir ki, bütün seçkilərdə Emin Məmmədov DSK sədrlərinə etdiyi təzyiqlər nəticəsində öz adamlarını məntəqə komissiyalarında yerləşdirib və onların əmək haqqını özü alıb.

Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə