Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“ATV Olay” bağlanır?
“ATV Olay” bağlanır?
19 Fevral 2014 / 13:56 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4
Azvision.az saytı “Azad Azərbaycan” telekanalında yayımlanan “ATV Olay” və “ATV Aktual” verilişlərinin yayımının dayandırılacağı barədə xəbər yayıb.
“Televiziyalarda proqram siyasətinə mövsümi olaraq iki dəfə – sentyabr və fevral aylarında baxılır. Bizdə də proqram siyasətinin yenidən tərtibatı ilə bağlı rəhbər heyət daxilində müəyyən müzakirələr aparılır”. Bunu ATV kanalının Xəbərlər departamentinin baş redaktoru Vaqif Aydınoğlu telekanalda bəzi verilişlərin bağlanacağı haqda məlumata münasibət bildirərkən deyib. V.Aydınoğlu hazırda bəzi məsələlərə baxıldığını bildirib. ATV rəsmisi vurğulayıb ki, hələ ki, hər hansı verilişin, layihənin bağlanması ilə bağlı qəti qərar yoxdur:  “Hansısa verilişin adını çəkə bilmərik, amma müzakirələr gedir ki, nəyi necə etsək daha yaxşı olar. Bu da təbiidir. Hər mövsümdə olan şeylərdir”.
“Verilişimin bağlanmasından xəbərim yoxdur. Bağlansa idi, bu barədə məlumatlı olardım. Amma hələ belə bir xəbər yoxdur”. Bunu isə Lent.az-a açıqlamasında “ATV Olay” verilişinin aparıcısı Mətanət Əlverdiyeva deyib. Aparıcı proqramın bağlanacağını yox, formatında müəyyən dəyişikliklər olacağını söylədi: “Düşünürəm ki, veriliş bağlanmayacaq. Sadəcə, verilişin formatında müəyyən dəyişikliklər ola bilər. Proqramın efir vaxtı dəyişə bilər. Amma yenə də verilişin bağlanması barədə dəqiq nəsə deyə bilmirəm”.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə