Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daha iki icra başçısının «fərmanı» verildi
Daha iki icra başçısının «fərmanı» verildi
19 Fevral 2014 / 15:45 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Lerikin rəhbərinə «qara xəbəri» çatdırdılar, Şamaxının rəhbəri isə bircə səhvin güdazına gedib

Daha iki rayonun icra başçısına «qara xəbər» çatdırılıb. JAM.AZ- verilən məlumata görə, həmin icra başçılarından biri Lerikə rəhbərlik edən Rövşən Bağırov olub.

Məlumatda deyilir ki, ötən gün Bakıya dəvət edilən Lerikin icra başçısı ciddi şəkildə danlanılıb və onun işdən çıxarıldığı bildirilib. Rəsmi qurumların sözügedən şəxsdən əsas narazılığı isə rəhbəri olduğu rayonda qayda-qanun yarada bilməməsi və daha çox açıq şəkildə büdcə vəsaitlərinin silinməsinə şərait yaratması olduğu deyilir.

Qeyd edək ki, hələ bir müddət əvvəl də Rövşən Bağırovun rayonda dövlət büdcəsindən ayrılmış pulların təyinatı üzrə xərcləmədiyinə dair məlumat vermişdik. Bildirmişdik ki, bu işdə ona yardımçı olan deputatın qardaşı ortalıqdakı milyonlarla manatı sənədləşdirsə də, böyük qismini öz şəxsi məqsədlərinə sərf edib.

İşdən çıxarıldığı barədə qərar verilən ikinci icra başçısı isə Şamaxının rəhbəri Asif Ağayevdir. Qeyd edək ki, sözügedən şəxsin başına belə bir işin gəlməsinə səbəb buraxdığı tək bir səhv olub. JAM.AZ-a çatan məlumata görə, rayondakı Şəhidlər Xiyabanının ərazisini «Gilan Holdinq»ə satmağa cəhd etmiş icra başçısının hərəkətləri Şamaxıda böyük etirazla qarşılanmışdı. Hətta bu hadisə rayonda durumu da dəyişdirə biləckmiş. Lakin sonradan gələn tapşırığa əsasən Asif Ağayev geri çəkilmək məcburiyyətində qalmışdı. Həmin olaydan dolayı Şamaxının rəhbərinin də işdən çıxarıldığı nəzərinə çatdırılıb.

Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə