Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Obama ilə Ərdoğan təcili görüşdü
Obama ilə Ərdoğan təcili görüşdü
20 Fevral 2014 / 10:18 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, tərəflər iki ölkə arasındakı əlaqələrin önəmindən danışıb, bölgədəki vəziyyəti müzakirə ediblər.

Ərdoğanla Obama Dəməşqdəki rejimin təzyiqi nəticəsində Suriyada yaranan terrorçuluğu və ona qarşı birgə mücadilənin vacibliyini, bu ölkədə yaşanan böhranın başa çatması üçün hər kəsin orta məsləhətinə ehtiyac olduğunu vurğulayıblar. Danışıq zamanı Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasına toxunulub.

İraqdakı vəziyyəti müzakirə edən liderlər bu ölkədəki enerjidaşıyıcıları məsələsində yaranmış problemin aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

R.T.Ərdoğan Kipr məsələsinin yenidən müzakirəyə çıxarılmasını alqışlaması B.Obama tərəfindən də müsbət qarşılanıb. «Boeng 737» «Barış Qartalı» təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələrinə verilməsi ilə bağlı fevralın 21-də təntənəli mərasimin keçiriləcəyini də söyləyib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə