Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məmur övladları… – VİDEO
Məmur övladları… – VİDEO
20 Fevral 2014 / 10:37 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Bu gün sosial şəbəkələrdə Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun oğlu Elnur İbrahimovdur. Facebook və instagram səhifələrində onun iddia edilən bahalı yaxta və şəxsi təyyarədə şəkilləri yayılıb. Məsələ ilə bağlı Nazim İbrahimovla əlaqə saxlayıb mövqeyini öyrəndik.

Yayılan xəbərlərdə Elnur İbrahimovun sahib olduğu iddia edilən şəxsi təyyarənin ona yox, Nazim İbrahimovun qardaşı biznesmen Hacı İbrahimova aid olduğu da bildirilib. Hacı ibrahimov isə heç bir təyyarəsinin olmadığı, olsaydı elə özüm istifadə edərdim, deyib.

Məmur övladları ilə bağlı məlumatların və şəkillərin yayılması isə ilk belə hal deyil. Hətta, Bakı şəhər prokurorluğunun istintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyevin oğlu Elvin Nəbizadənin sosial şəbəkələrdə paylaşdığı fotolardan sonra istefa etməsi fatkları da var.

Bu gün isə Baş nazirin müavini Əli Həsənov isə məmur övladlarının özlərinin necə deyərlər, VİP həyatlarını hər kəsə nümayiş etdirməsinə özünəməxsus şəkildə münasibət bildirdi.

Prezident İlham Əliyev keçirdiyi müşavirələrdə dəfələrlə məmurlara və onların qohumlarına qanunsuzluqlarla bağlı xəbərdarlıq edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə