Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Baş Prokurorluq deputatın audio yazını araşdıracaq
Baş Prokurorluq deputatın audio yazını araşdıracaq
20 Fevral 2014 / 11:26 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Baş Prokurorluq millət vəkili Ceyhun Osmanlı tərəfindən jurnalist Xədicə İsmayılova ilə bağlı audio yazının istintaqa təqdim olunmasını təsdiqləyib. 

Virtualaz.org-un məlumatına görə, bunu APA-nın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

O qeyd edib ki, Milli Məclisin deputatı Ceyhun Osmanlı tərəfindən Xədicə İsmayılovanın əcnəbilərlə aralarında danışıqlarının əks olunduğu iddia edilən audio yazı Baş Prokurorluğa təqdim olunub.

Həmin danışıqların istintaq yolu ilə tam və hərtərəfli araşdırılması, qanuna müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

*   *   * 23:42   02/19/2014

Deputat Ceyhun Osmanlı jurnalist Xədicə İsmayılın səs yazısını bu gün prokurorluq orqanlarına təqdim edib.

Virtualaz.org saytı bu barədə deputatın facebook sosial şəbəkəsindəki səhifəsinə istinadən xəbər verir.

Ceyhun Osmanlı statusunda yazıb ki, X.İsmayılın İçərişəhərdəki “Art Garden” restoranındakı görüşünün audioyazısı olan şəxsi telefonunu bu gün prokurorluq orqanlarına təqdim edib.

Deputat bununla bağlı aşağıdakıları yazıb: “Mən Brüsseldə səfərdə olan zaman jurnalist Xədicə İsmayıl növbəti dəfə adımı öz facebook səhifəsində yad etdi. “Jurnalist” Xədicə İsmayılın “Art Garden” restoranında özünə yaxşı məlum olan, amma başqalarına az məlum olan görüşünün audioyazısı olan şəxsi telefonumu bu gün Baş Prokurorluğa tәqdim etdim. Xәdicә xanımın yüksәk sәslә danışdığını hәr kәs bilsin deyә…”

Deputat daha sonra belə bir sonluq yazıb: “Vәtәnә xәyanәt bağışlanılmır!!!”.

C.Osmanlı APA-ya açıqlamasında statusu özünün yazdığını təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl virtualaz.org və haqqin.az saytlarında X.İsmayılın ABŞ xüsusi xidmət orqanlarının  iki nümayəndəsi ilə İçərişəhərdəki “Art Garden” restoranında görüşdüyü və onlara Azərbaycan müxalifətindən hakimiyyətə işləyən “casusların” siyashının təqdim etdiyi barədə yazılmışdı. Həmin məlumatlarda görüşün keçirildiyi vaxt deputat Ceyhun Osmanlının da eyni restoranda olduğu vurğulanmışdı.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə