Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

BDU-dan aksiya ilə bağlı rəsmi açıqlama
BDU-dan aksiya ilə bağlı rəsmi açıqlama
20 Fevral 2014 / 12:19 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

“Tam məsuliyyətimlə deyirəm ki, tələbələr heç bir aksiya etməyəcəklər”

Bu fikri Hafta.az-a açıqlamasında BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov deyib. O bildirir ki, tələbələrin sosial şəbəkələrdə etdikləri çağırışlar barəsində məlumatlıdır və bu çağırışı edən tələbələrlə söhbət aparılıb:

“BDU tələbələrinin facebook-da çağırış etdikləri səhifəyə nəzər saldıqda aydın görünür ki, nə o səhifəni yaradanların, nə də hal-hazırda fəallıq göstərənlərin BDU-ya heç bir aidiyyəti yoxdur. Sözügedən səhifədə özlərini BDU tələbəsi kimi təqdim edən konkret halda 2 tələbə var ki, onların da profili saxtadır. Həmin tələbələr bu profili müəyyən dairələrə xidmət etmək üçün yaradıblar. Çağırış edən tələbələrlə danışıb, müvafiq izahat işi apardıq. Onlar da artıq öz səhvlərini etiraf ediblər”.

Qeyd edək ki, təbələrə bu gün saat 13:30-da aksiya etmək üçün çağırışlar ediblər. Və həmin çağırışlar hazırda da davam edir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə