Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zaqataladan rektora çətin suallar
Zaqataladan rektora çətin suallar
21 Fevral 2014 / 14:35 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Son gunlər saxta diplom qalmaqalı və rusvət iddiaları ilə əlaqədar adı gundəmdən düşməyən deputat Aqiyə Naxcıvanlının himayədarlığı ilə filiallarda yol verilən qanun pozuntular və saxtakarlıqla baqlı iddialar səngimir

Gundeminfo.az-a daxil olan məlumata əsasən filialların bağlanması haqqında təqdimat siyahısından Zaqatala filialının cixarilması ücün A.Naxcıvanlıya 50min manat rüşvət verdiyi iddia olunan O.Rzayev barədə redaksiyamıza elə həmın filialdan ilginc məlumat daxil olub.

Mənbə bildirir ki, məhz Aqiyə Naxcıvanlıya və onun Prezident Aparatinda işləyən həyat yoldaşına arxalanan filial direktoru ruşvət və özbaşınalığı hamını zara gətirsə də deputat rektorun onu hər zaman haqlı cixaracağını bilib hec kəs dillənə bilmir.

Filialın işçlərinə əmək haqqna əlavə yazib, «adı sizin dadı mənım» məsəli ilə mənmsəyən O.Rzayev bunu yuxarıya xərcinin cox cixmasi ilə özünə haqq qazandrırır. Sessiya imtahanlarında kəsrin birini 100-200 manata həll olunması bir yana , katibəsi Əliyeva Cimnaz bakalavr diplomlarini 20 manata verir, bunu da diplomların AMİ-dən Telman Muradov tərəfindən pulla verilməsı ilə əsaslandırır.

Bundan da A. Naxcivanlının xəbəri yoxdur?

Bu yaxınlarda ANS-ə saxta diplomlarla bağlı açıqlama verən xanım rektor filial direktorlarının saxtakarlıqından xəbərdar olduğunu bildirdi. A.Naxçıvanlı deyirdi ki, nazirlıyə bu haqda məlumat versə də heç bir ölcü göturulməyib.

Bəs O .Rzayev filialın bəzi əməkdaşlarına ,,Siz bakalavr təhsillisiniz,ali məktəbdə işləyə bilməzsiniz”deyə işdən cixarmaqla hədələyib pul tələb etməsi barədə informasiyaları kimə təqdim edək?

Saytımıza bilgi verən mənbə – o işcilər bir dəfə də Xarkovda olmadığı halda O. Rzayevin təşkil etdiyi diplomlar necə saxta deyil?

Filialdan olan mənbə Xarkovda, «təhsil alan» əməkdaşlarının arasında filialın bakalavr dərəcəli pedaqoji təcrübə rəhbəri X.Akifqızının, filialda informatika fənnını tədris edən Baqmanova Zülfiyyə Abdulməcid qızının, laborant Əliyeva Turkan İlham qızının da olduğunu iddia edir. Bakalavr dərəcəli müəllim necə bakalavra pilləsində tədris aparır, pedaqoji təcrübəyə rəhbərlik edir. Mənbə sual edir – bunlardan da rektorun xəbəri yoxdur?

Televiziyadakı çıxışında saxta diplomlarla baqlı Baş Prokurorluq tərəfindən cinayət işi açılan Gəncə filialının direktoru barədə açıqlama verən rektor bu məsələlərdən uzun illərdir xəbərdar olduğunu və nazirliyə dəfələrlə məlumat verdiyini iddia edir . Bununla o saxtakarlıq edən direktorların nazirlik tərəfindən himayə edildiyinə eyham vursa da inandırıcı alınmır. Belə ki,özunun mətbuata acıqlamasında, «bizdə kadr qalmadı 9 direktor dəyişmışik» deyə qeyd emişdi. Maraqlı məqam budur ki, 9 direktoru cəzalandıran rektor bəs özü də etraf edrdi llərlə əməllərindən xəbərdar oluğu Gəncə filialnının sabiq direktoru barəsində Baş Prokurorluqda cnayət işi açilmış Ramiz Məmmədovun saxta diplom məsələsinə niyə göz yumub?

Yoxsa O .Rzayevin qanun pozuntuları ifşa olanda damı rektor kimləri isə gunahlandiracaq? Mingəcevir filialında yol verdiyi çoxsaylı qanun pozuntularına görə ,.,cəzalandirilan“ Orucəli Rzayevi Zaqatala filialına nazirlikmı transfer etdi?

Hər halda saytımıza daxil olan bu müraciətdə kifayət qədər mühim informasiyalar var. Hesab edirik ki, bu suallara Zaqatala filalından və ya AMİ-dən cavab ala biləcəyik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə