Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azər Sarıyev bu gün istefa ərizəsi yazdı
Azər Sarıyev bu gün istefa ərizəsi yazdı
21 Fevral 2014 / 14:37 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

Bu gün Azər Sarıyev Mərkəzi Seçki Komissiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad olunması üçün ərizə yazıb.

Bunu AzNews.az-a A.Sarıyev öz bildirib: “Bu gün MSK-ya gedib vəzifəmdən azad olunmağım üçün ərizə yazdım. Sənədi Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova təqdim etdim. Fevral ayının 24-dən işdən azad olunmağım barədə ərizəmdə qeyd etmişəm. Artıq gələn həftənin birinci günündən etibarən Mərkəzi Seçki Komissiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən rəsmi şəkildə gedəcəm”.

Qeyd edək ki, A. Sarıyev yaxın həftələrdə AzərTAc-ın Türkiyədəki xüsusi müxbiri təyin ediləcəyi gözlənilir.

Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov AzNews.az-a açıqlamasında deyib ki, Azər Sarıyevın yerinə hələki təyinat olmayıb. Onun sözlərinə görə, qurumda vəzifəyə təyinetmə səlahiyyətləri MSK sədri Məzahir Pənahova məxsusdur: “Sədr bu vəzifəyə nə vaxt kimisə təyin etsə bunu hər kəs biləcək”.

Şöbə müdiri vəzifəsinə nə vaxt təyin ediləcəyini bilmədiyini söyləyən N.Məmmədov vurğulayıb ki, yerli media nümayəndələrindən kimisə bu vəzifəyə gələcək. AzNews.az əldə etdiyi məlumata görə isə, Mərkəzi Seçki Komissiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə gələn həftə təyinat olacaq. Artıq bu vəzifəyə bir neçə nəfərin namizəd olduğu vurğulanır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə