Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yanğın söndürüldü, 10 mərtəbənin alkapon üzlüyü yanıb
Yanğın söndürüldü, 10 mərtəbənin alkapon üzlüyü yanıb
22 Fevral 2014 / 16:10 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Bakıda 16 mərtəbəli yaşayış binasında baş verən yanğın tam söndürülüb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.

Onun sözlərinə görə, yanğın barədə məlumat saat 13:52-də daxil olub. Dərhal hadisə yerinə Nəsimi, Səbayel və Yasamal rayon Yanğından Mühafizə hissələrinin, eləcə də Bakı qarnizonunun şəxsi heyəti cəlb edilib.

Ə.Novruzov qeyd edib ki, yanğın 6-cı mərtəbədən 16-cı mərtəbəyədək binanın alkopan üzlük hissəsində baş verib: “Yanğının mənzillərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq”.

Qeyd edək ki, yanğın Üzeyir Hacıbəyli küçəsi 75/89 ünvanında qeydə alınıb.
***
Paytaxtın Üzeyir Hacıbəyli küçəsi 77/89 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında başlayan yanğınla əlaqədar hadisə yerinə 2 təcili tibbi yardım maşını göndərilib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən xəbərə görə, yanğın nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, 16 mərtəbəli yaşayış binasında yanğının binanın 4-cü mərtəbəsindən başladığı bildirilir.

***
14:43
Bakıda 16 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, binada yaşayan sakinlər artıq evakuasiya ediliblər.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Yanğın Üzeyir Hacıbəyli küçəsi 75/89 ünvanında qeydə alınıb.

Yanğın binanın 4-5-6-cı mərtəbələrini əhatə edib.

Hadisə yerində FHN-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının başvermə səbəbi bəlli deyil.

Yanğın baş vermiş ərazidə nəqliyyatın hərəkəti tam bərpa edilib.
***
14:18
“Bakı” univermağının yanında yaşayış binasında güclü yanğın başlayıb. Musavat.com-un hadisə yerindən verdiyi məlumata görə, yanğın şiddətlidir.

Artıq FHN-nin yanğınsöndürənlər briqadasına məxsus bir neçə maşın hadisə yerindədir və alovu ram etməyə çalışırlar.

Videolar musavat.com saytından götürülüb.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə