Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yanukoviç Dubaya getdi – YENİLƏNİB
Yanukoviç Dubaya getdi – YENİLƏNİB
22 Fevral 2014 / 16:12 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Ukrayna prezidenti Viktor Yanukoviç fevralın 22-də yerli vaxtla saat 22.40-da paytaxt Kiyevi tərk edib.APA-nın xəbərinə görə, V. Yanukoviç özünün ən sadiq mühafizəçiləri, eləcə də parlamentin sədri Vladimir Rıbak və prezident administrasiyasının rəhbəri Andrey Klyuyev ilə birlikdə prezident təyyarəsində naməlum istiqamətə uçub.

Ukrayna informasiya agentlikləri əvvəlcə dövlət başçısının Xarkova uçduğu haqda məlumat yayıblar. Onun ölkənin cənub-şərq vilayətlərinin bütün səviyyələrdən olan deputatlarının fevralın 22-də Xarkovda keçiriləcək qurultayında iştirak edəcəyi bildirilib. ABŞ Dövlət Departamentindəki mənbə də V. Yanukoviçin Xarkova getdiyini söyləyib. Amerikalılara bu məlumatı xarici işlər naziri Leonid Kojara verib. Lakin Xarkov hava limanının rəsmi nümayəndəsi prezident təyyarəsinin bu şəhərə enmədiyini deyib.

“RBK Ukraina” agentliyi isə prezident təyyarəsinin fevralın 22-də saat 04.30-da Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra beynəlxalq hava limanına endiyi barədə xəbər yayıb. V. Yanukoviçin təyyarədə olub-olmadığı haqda hər hansı informasiya verilmir.

Qeyd edək ki, V. Yanukoviç Ali Radanın fevralın 21-də qəbul etdiyi çox vacib qanunları hələlik imzalamayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə