Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xədicə İsmayılovanın şəxsi kompüterinə və emailinə baxış keçiriləcək
Xədicə İsmayılovanın şəxsi kompüterinə və emailinə baxış keçiriləcək
22 Fevral 2014 / 16:17 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Məqsəd jurnalistin yerləşdirdiyi sənədi kimin ötürdüyünü müəyyənləşdirməkdir

Azərbaycan “Casus siyahısı”nın müəllifi kimi tanınan jurnalist Xədicə İsmayılovanın şəxsi kompüterinə və email ünvanına baxış keçiriləcək. Məqsəd jurnalistin fevralın 17-də sosial şəbəkədə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olduğu ehtimal edilən sənədi kimin ötürdüyünü müəyyənləşdirməkdir.

Fevralın 25-də növbəti dəfə ifadə verməsi üçün Baş prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət edilən Xədicə İsmayılovaya kompüteri ilə gəlməsi xahiş edilib.

Faktla bağlı cinayət məcəlləsinin dövlət sirrini yayma maddəsi ilə cinayət işi başlanıb. Buna səbəb jurnalist Xədicə İsmayılovanın Amerikanın xüsusi xidmət orqanlarının əməkdaşlarına ötürdüyü iddia olunan casus siyahısını sonradan sosial şəbəkədə yayması olub. Araşdırmaçı jurnalist hakimiyyətlə əməkdaşlıq etdiyi iddia olunan müxalifət nümayəndələrinin siyahini MTN əməkdaşından 2 il əvvəl əldə etdiyini bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə