Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Futbol-mərc oyunlarının “qara bazarı”
Futbol-mərc oyunlarının “qara bazarı”
24 Fevral 2014 / 16:14 / Baxış sayı: 438
Font1 Font2 Font3 Font4

65 gizli məntəqəsi olan bu şəbəkənin gündəlik dövriyyəsi 200 min manatdan çoxdur

Ulu Öndərimiz Heydər Əliyev vaxtilə Azərbaycanda bütün kazinoların bağlanması barədə qərar vermişdi. Ancaq buna baxmayaraq bəzi qüvvələr qumardan gələn böyük gəlirə şirnikləşərək öz əməllərini hələ də davam etdirirlər.
Düzdür, hərdən eşidirik ki, Daxili İşlər Nazirliyinin əməkdaşları kazino-qumarxana təşkil etməkdə təqsirləndirilən bəzi şəxsləri saxlayaraq məsuliyyətə cəlb ediblər. Amma belə tədbilər kosmetik xarakter daşıyır. Və problem getdikcə şişməkdə davam edir.

Ümumiyyətlə, son illər futbol-mərc oyunlarına görə evini satanlar, ailəsi dağılanlar, hətta intihar edənlər də kifayər qədərdir.  Bu tipli oyunların müəyyən mənada leqallaşması üçün bukmeker kantoru olan “TOPAZ” yaradılsa da, bəzi kazino-qumar həvəskarları bu kantorun adı altında köhnə əməllərini yenə davam etdirməkdədirlər. Yəni pis-yaxşı leqal fəaliyyət göstərən, dövlət büdcəsinə vergi ödəyən “TOPAZ”-dan başqa gizli fəaliyyət göstərən futbol-mərc oyunlarının qara bazarı da var. Və qara bazarın dövriyyəsi “TOPAZ”-ın dövriyyəsini dəfələrlə üstələyir. Ancaq dövlət büdcəsinə bir manat da ödəmirlər.

Öz fəaliyyətlərini pərdələmək üçün qara bazarın nümayəndələri “TOPAZ”-ın məntəqələri kimi qeyd olunsalar da əslində onların fəaliyyəti qeyri-leqaldır. Digər tərəfdən bu məntəqələrdə təkcə futbol-mərc oyunları deyil, kazino-qumar oyunları da geniş yayılıb. Hansı ki, bu fəaliyyət qanunla qadağan olunub.
Deməli, bu qeyri-leqal məntəqələrin sahibləri kazino oyunları ilə yanaşı futbolun qara bazarını da idarə edirlər. Belə gizli məntəqə sahiblərindən biri də Mehman adlı ( “Yeraz” ləqəbli ) şəxsdir. Onun şəriki isə Rüfətdir. Məlumatlı mənbə bildirir ki, futbolun qara bazarının gündəlik dövriyyəsi 200 min manatdan çoxdur.

“Əcəmi” metrostansiyasının yaxınlığında “TOPAZ”-ın məntəqələrində arxa kabinetlərdə qara bazarın gündəlik “hesabat”ları aparılır. Bu şəbəkəni idarə edən “Yeraz Mehman” özünü hüquq-mühafizə orqanlarının rəhbərlərinə yaxın qohum kimi qələmə verir. Ancaq etibarlı mənbə bildirir ki, belə qohumluq əlaqəsi yoxdir. Sadəcə ayın sonunda hər bir vəzifə sahibinin “haqqı” çatdırılır. Mənbə onu da bildirir ki, bu gizli şəbəkə RUB90.RU saytı vastəsilə Azərbaycanın bütün rayonlarında canlı futbola “stavka” ( pul mərci ) qoyanların cibinə girməklə məşğuldur.

Mənbə Qafqaznews.az-a onu da bildirir ki, Mehmanın gizli kazino ( ruletka, poker, oyun avtomatları və s) obyektləri də var. Onlar müəyyən binaları icarəyə götürürlər, qapıda mühafizəçilər dayanır və adamları içəri xüsusi siyahı üzrə buraxırlar.
Kazinoların gündəlik gəlirləri isə 50 min manatdan çoxdur.

Bu qara bazarı idarə edənlər tez-tez müştəriləri aldadırlar, “razborka”lar olur. Ancaq bu məntəqələr qeyri-qanuni işlədiyi üçün müştərilər heç yerə şikayət edə bilmirlər.

“TOPAZ”-ın gəlirlərinin bir hissəsi idmanın inkişafına yönəldiyi halda qara bazarda yığılan milyonların hara getdiyi məlum deyil. Bu pulların kriminal olaylara, sifarişli qətllərə və digər cinayətlərə yönəlməsi istisna deyil. Futbol oyunlarının qara bazarını və kazino oyunlarını idarə edən gizli şəbəkə ilə bağlı araşdırmamız davam edir.

Bizi izləyin.

Bzimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə