Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
25 Fevral 2014 / 11:04 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.Lent.az-ın idarənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müraciət yük maşınlarının yol infrastrukturuna və yol təhlükəsizliyinə yaratdığı problemlər əksini tapıb: “Son illər respublikada yol-nəqliyyat infrastrukturunun sürətli inkişafı hərəkət iştirakçılarının təhlükəsizliyi və rahatlığı üçün geniş imkanlar yaratmışdır.

Lakin, avtonəqliyyat vasitələrində daşınan yüklərin normadan artıq yüklənməsi yolların, körpülərin, yol ötürücülərinin və digər yol qurğularının vaxtından əvvəl sıradan çıxması ilə yanaşı hərəkətin təhlükəsizliyinin təmin olumasında da ciddi problemlər yaradır. Yükləmə və yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər bu barədə dəfələrlə xəbərdar olunmalarına və inzibati qaydada tənbeh edilmələrinə baxmayaraq bu kimi hallar hələ də davam edir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, eləcə də bu sahədə fəaliyyət göstərən sürücülərin nəzərinə çatdırır ki, həmin şəxslərə məxsus olan  iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə, habelə bu parametrlərin aşılmasına səbəb olmuş  yükləməni həyata keçirən hüquqi şəxslər barəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun qaydada inzibati tənbeh tədbirləri görülməklə nəqliyyat vasitələri yol hərəkətində iştirakdan kənarlaşdırılacaq. Xahiş edirik yükdaşıma qaydalarına ciddi riayət edəsiniz”!

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə