Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Zeynəb Xanlarova: “Qorxuram ki, orada camaat ayağa qalxacaq”
Zeynəb Xanlarova: “Qorxuram ki, orada camaat ayağa qalxacaq”
25 Fevral 2014 / 17:10 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Azərbaycan parlamentinin bu gün keçirilən iclasında deputat, xalq artisti Zeynəb Xanlarova Nardaran əhalisi adından xəbərdarlıqla çıxış edib. Z. Xanlarova deyib ki, Nardaranın sosial problemləri, xüsusilə, işıq, qaz, su problemi prezidentin göstərişi ilə həll olunub. Buna görə də camaat prezidentə minnətdardır.

O, çıxışında Nardaranda olan narazılıqdan danışıb: “Mənim bağım Nardarandadır, ora gedirəm və orada camaat problemlərini şəhərə gəlməklə yox, mənim yanıma gəlməklə bildirirlər. Sizə deyim, bilin. Camaat çox narahatdır! Təklif edirəm, biz camaatı ayağa qaldırmayaq. Narazılıqlardan biri odur ki, məsələn, mən Binə yolu ilə gələndə görürəm orda evlər tikilir. Mən dünyanı gəzirəm, Amerikanın Ağ Evini görürük, hasarı-filan yoxdu. Camaat ağlayır ki, hər şeyi bizim əlimizdən alıblar. Bilmirəm kimindir, İsgəndərindir, Cahangirindir. Dənizi xalqın əlindən almaq olmaz. Dənizi bütün hasara alıblar. Allahın xalqa bəxş etdiyi dənizdir. Onu istəyirlər ki, xalq qalxsın ayağa, külünglərlə hasarı dağıtsınlar? Bilmirəm kimin villasıdır. Vəziyyət çox arzuolunmazdır. Mən artıq qorxuram. Qorxuram ki, orada camaat ayağa qalxacaq. Bax, mən əvvəldən deyirəm. Sabah bir şey olsa, özünüz bilin. Baxın, mən artıq xəbərdarlığı elədim. Nardaran camaatı ayağa qalxsa, sakitləşmək üçün xahişə-flana baxan deyil, unutmayın!”

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə