Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İmişlidə Xocalı Soyqırımı qeyd olundu
İmişlidə Xocalı Soyqırımı qeyd olundu
25 Fevral 2014 / 17:19 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

İmişli rayonunda Хоcаlı soyqırımının iyirmi ikinci ildönümü birsıra tədbirlərlə qeyd olunub. Əvvəlcə Rayon İcra Hakimiyyətinin Başçısı və qonaqlar Xocalı soyqırımına həsr olunan fotoşəkillər, məqalələr və şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra Xocalı soyqırımının dəhşətlərindən bəhs olunan film nümayiş olunub. Mərasimdə çıxış edən İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 22 il əvvəl erməni hərbi birləşmələrinin xalqımızın başına gətirdiyi və tarixdə analoqu olmayan soyqırım hadisələrindən danışıb. Bildirib ki, 1992-ci il fеvrаl аyının 26-dа Dağlıq Qarabağdakı erməni yaraqlıları və kеçmiş Sоvеt ordusunun 366-cı motoatıcı alayının köməyilə ölkəmizin qədim yaşayış məntəqəsi olan Xocalı şəhərini sakinləri ilə birlikdə büsbütün məhv edərək, insanlığa sığmayan soyqırım aktını həyata keçirtdilər. Faciə zamanı 613 nəfər dinc azərbaycanlı, o cümlədən 83 uşaq, 106 qadın, 70 qoca qəddarcasına, dözülməz işgəncə verilməklə qətlə yetiriblər.

487 nəfərə ağır xəsarət yetirildi, 1275 sakin – köməksiz qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağılasığmaz zülmə, təhqirlərə məruz qaldılar. Erməni hərbiçiləri qətlə yetirdikləri dinc sakinləri, körpə uşaqları, qocaları süngiyə çəkdilər. Xocalı şəhəri demək olar ki, yerlə yeksan oldu. Respublikanın həmin dövrdəki rəhbərliyi bu qanlı faciənin qarşısının alınması üçün zəruri tədbirlər görmədi. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu faciəyə hüquqi-siyasi qiymət verildi. Digər çıxış edənlər də əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımının dəhşətlərini bir daha yada salıblar. Mərasimdə belə bir inam ifadə olunub ki, dünya ictimaiyyəti bu faciəyə hüquqi-siyasi qiymət verəcək, cinayətkarlar öz layiqli cəzalarını alacaqlar.

arxiv.bizimxeber.az



İmişlidə Xocalı Soyqırımı qeyd olundu yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə