Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tanınmış şair-publisist Tofiq Abdin dəfn olunub – YENİLƏNİB
Tanınmış şair-publisist Tofiq Abdin dəfn olunub – YENİLƏNİB
25 Fevral 2014 / 17:35 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Dünən axşam saatlarında ürək tutmasından vəfat etmiş şair-publisist Tofiq Abdinlə vida mərasimi keçirilib. APA-nın məlumatına görə, mərhumun evində keçirilən mərasimdə ziyalılar və ədəbiyyat xadimləri iştirak ediblər. Vida mərasimindən sonra T. Abdin Buzovna qəbiristanlığında torpağa tapşırılıb.

***

saat 12.54

Tanınmış şair-publisist Tofiq Abdin dünən axşam saatlarında dünyasını dəyişib. Yazıçı Afaq Məsudun APA-ya verdiyi məlumata görə onun ölümünə səbəb ürək tutması olub. Mərhumla vida mərasimi bu gün saat 14-00-da evində keçiriləcək.

Qeyd edək ki, Tofiq Abdin 1941-ci ildə Salyanın Qırmızıkənd kəndində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən “Qobustan” toplusunda şöbə müdiri işləyib. 1993-2001-ci illərdə Türkiyədə yaşayıb, Türkiyənin “Orta doğu” və “Yeni Asiya” qəzetləri ilə əməkdaşlıq edib. 12 publisistik və şeir kitabının müəllifidir. Tofiq Abdin uzun müddət “Ədalət” qəzetində də türk ədəbiyyatının təbliği ilə məşğul olub.

2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını alıb. 2010-cu ildə “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Uzun illər dövrü mətbuatda da müntəzəm çıxış edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə