Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ Ukraynaya maliyyə yardımı göstərməyə hazırdır
ABŞ Ukraynaya maliyyə yardımı göstərməyə hazırdır
26 Fevral 2014 / 14:20 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

Viktor Yanukoviçin isə harada olduğu barədə dəqiq məlumat yoxdur

Aksiyalar zamanı xəsarət alanların sayı isə 700-ə çatıb. Qarşıdurmalarda ümumilikdə 82 nəfər həyatını itirib.
Fevralın 18-dən etibarən Kiyevdə iğtişaşlar zamanı xəsarət alanların sayı 700 nəfərə çatıb. Onlardan 463-ü xəstəxanalara yerləşdirilib. Qeyd edək ki, etiraz aksiyaları zamanı paytaxtda 82 nəfər ölüb. Kommunist partiyasının lideri Pyotr Simonenkonun evi naməlum şəxslər tərəfindən yandırılıb.

Faktı təsdiqləyən Simonenko hadisə zamanı ailə üzvlərindən xəsarət alanın olmadığını deyib. Bu arada Ukraynanın 14 inzibati bölgəsinin qubernatorları istefaya gedib. Xatırladaq ki, vəzifəsindən uzaqlaşdırılan və harada olduğu bilinməyən Viktor Yanukoviç haqqında “kütləvi qırğın əmri vermək” səbəbilə həbs qərarı verilib.

Görüldüyü yerdə həbs olunacaq Yanukoviçin harada olduğu barədə hələ dəqiq məlumat yoxdur. Yanukoviçin müşaviri Anna Herman isə qeyd edib ki, o, ölkə ərazisindədir, amma,heç kimlə əlaqə yaratmır. Bununla belə Anna, Yanukoviçin dəqiq yerini deməkdən imtina edib. “Onu mən axtarmıram, siz axtarırsız”,-deyə qeyd edib. ABŞ Ukraynaya maliyyə yardımı göstərməyə hazırdır. Bu fikirləri Ağ evin rəsmi nümayəndəsi Cey Karni səsləndirib. «Ukrayna hökuməti ölkədə iqtisadi sabitliyi bərpa etmək üçün lazimi islahatlar həyata keçirəcək. Biz islahatlar prosesində onları dəstəkləməyə hazırıq».

Karni həmçinin Rusiya və ABŞ-ın Ukraynada gərginliyin aradan qaldırılması və sabitliyin bərpa olunmasında maraqlı olduqlarını vurğulayıb. Avropa ittifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Ukrayna parlament partiyalarının rəhbərləri ilə görüşüb. Müxalifət liderləri Arseniy Yasenyuk, Vitali Kliçko və Oleq Tyaqnibok ilə Eşton Ukraynadakı vəziyyəti və iqtisadi böhrandan çıxış yollarını müzakirə edib. Ketrin Eşton bəyan edib ki, yeni hökumət formalaşdırıldıqdan sonra Avropa İttifaqı Ukraynaya yardım edəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə