Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sumqayıt Dövlət Universitetində Xocalı soyqırımı yad edildi
Sumqayıt Dövlət Universitetində Xocalı soyqırımı yad edildi
26 Fevral 2014 / 15:55 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Sumqayıt Dövlət Universitetində Xocalı soyqırımının 22-ci ildönümünə  həsr edilmiş anma mərasimi keçirildi. Əvvəlcə mərasim iştirakçıları Böyük Akt zalının foyesində filologiya fakültəsinin III kurs tələbəsi Altun Rəcəblinin Xocalı soyqırımını əks etdirən rəsm əsərlərindən ibarət sərgisinə baxış keçirildi. Xocalı faciəsinin qurbanlanlarının əziz xatirəsi böyük ürək ağrısı ilə yad olundu.

Universitetin rektor vəzifəsini icra edən dosent Elxan Hüseynov tədbiri Ümummilli lider Heydər Əliyevin “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz aglasığmaz qəddarlığı və qeyri insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” müdrik kəlamı ilə açdı.

Rektor 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları tərəfindən törədilən XX əsrin ən dəhşətli qətliamlarından biri-Xocalı soyqırımını bütünlükdə türk dünyasına qarşı yönəldilmiş genosid aktı olduğunu diqqətə çatdırdı.

Natiq qeyd etdi ki, həmin müdhiş gecədə erməni silahlı dəstələri Xankəndidə yerləşən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə 7 min əhalisi olan Xocalı şəhərini darmadağın etdilər. Bu qırğın nəticəsində 613 nəfər dinc əhali vəhşicəsinə qətlə yetirilmiş, 477 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüş və 150 nəfər itkin düşmüşdür.

Natiq çıxışında bildirmişdir ki, Azərbaycan tarixində analoqu olmayan Xocalı faciəsi yalnız Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə gəldikdən sonra həqiqi qiymətini almışdır. Bu faciənin beynəlxalq aləmdə tanıdılması istiqamətində çox işlər görmüşdür.  Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının, faciə qurbanlarının xatirəsini əbədiləşdirilməsi üçün abidə kompleksin yaradılması haqqında sərəncam vermişdi. Faciə qurbanlarının ailə üzvləri daima dövlət qayğısı ilə əhatə olunmuşlar.

Bu istiqamətdə Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın həyata keçirdiyi genişmiqyaslı layihələr, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ci ildə başlamış”Xocalıya ədalət kompaniyası” öz bəhrəsini verməkdədir. Beləki dünyanın yüzdən çox ölkəsində rəsmi şəkildə Xocalı faciəsi soyqırım olaraq tanınıb, 150-dən çox ölkədə tədbirlər keçirilir, soyqırımı əks etirən kitablar, bukletlər, filmlər nümayiş olunur.

Beynəlxalq təşkilatların, Birləşmiş Millətlər Təşkilatının, Avropa İttifaqının, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının diqqəti məsələyə cəlb olunub.

Tədbirdə Azərbaycan tarixi kafedrasının baş müəllimi Elmar Xəlilovun “Erməni barbarlığının və aqressiyasının qısa xronologiyası”, Tədris hissəsinin əməkdaşı, şair-dramaturq Əvəz Mahmud Lələdağın “Xocalı soyqırımı- rus-erməni cəlladlarının xalqımıza qarşı törətdiyi amansız humanitar fəlakətdir” məruzələri dinlənildi. Sonra Filologiya fakültəsinin III kurs tələbəsi Altun Rəcəbli çıxış edərək  bütün gəncləri Ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətinin ətrafında sıx birləşməyə və Xocalı soyqırımı həqiqətlərini dünyaya çatdırmaqda bir olmaga səslədi.  Natiqlər Xocalı soyqırımına aparan yoldan və bu faciənin tarixi mahiyyətindən, Xocalı soyqırımın səbəblərindən, erməni və rus hərbi birləşmələrinin Qarabağda törətdikləri faciələrdən, faciənin beynəlxalq aləmdə tanınması istiqamətində görülən işlərdən söz açdılar.

Mərasimdə şair Nizami Məmmədcanlının “Xocalıda qopan haray” poeması əsasında qurulmuş SDU-nun Tələbə Gənclər Klubunun üzvlərinin iştirakı ilə  ədəbi-bədii kompozisiya nümayiş olundu.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə