Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

DİN dəhşətli qəzalarla bağlı məlumat yaydı
DİN dəhşətli qəzalarla bağlı məlumat yaydı
27 Fevral 2014 / 12:39 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Daxili İşlər Nazirliyi fevralın 26-da ölkə ərazisində baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Saat 07 radələrində Tovuz rayonu Əyyublu kəndinin ərazisində Elçin Nəzərovun idarə etdiyi “Mercedes” markalı və Gəncə şəhər sakini Saleh Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub, “Mercedes” markalı avtomobil aşdıqdan sonra yanğın baş verib. E.Nəzərov və sərnişini, Yuxarı Öysüzlü kənd sakini Seymur Zeynalov ölüb, Ş.Məmmədov xəstəxanaya yerləşdirilib.

Bundan başqa Ağdaş rayonu Nemətabad kəndinin ərazisində rayon sakini Tural Mustafayev idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb, xəsarət almış sərnişinləri, həmyerliləri Anar Abdullayev və Aqil Qasımov xəstəxanaya yerləşdirilmiş, A.Abdullayev orada ölüb.

Daha bir hadisə fevralın 26-da saat 20 radələrində Samux rayonu Qarayeri qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində Sarıqamış kənd sakini Taleh Babayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolda quraşdırılmış mağara çırpıb. Mağarda olan Qarayeri qəsəbə sakinlərindən Sakit Şəfiyev xəstəxanaya aparılarkən yolda ölüb, Cuma Mehdiyev və Əziz Rüstəmov xəstəxanaya yerləşdirilib. Hər üç faktla əlaqədar cinayət işi başlanıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə