Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Lerikdə bir gündə iki zəlzələ
Lerikdə bir gündə iki zəlzələ
27 Fevral 2014 / 12:53 / Baxış sayı: 20
Font1 Font2 Font3 Font4

Azərbaycanın Lerik rayonunda bir gündə iki zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, ilk zəlzələ yerli vaxtla saat 10:05:12-də Lerikdən 16 km şərqdə qeydə alınıb. 4.0 maqnitudada, 35 km dərinlikdə baş verən zəlzələ yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. Tikililərdə dağıntı yoxdur.

Növbəti zəlzələ isə 10:30:25-də Lerikdən 20 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Tikililərdə dağıntı yoxdur.

Yeraltı təkan 21 km dərinlikdə qeydə alınıb.

***
11.44

Azərbaycanda növbəti dəfə zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Məlumatda o da qeyd olunur ki, yerli vaxtla saat 10:30:25-də Lerikdən 20 km şimal-şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Tikililərdə dağıntı yoxdur. Yeraltı təkanlar 21 km dərinlikdə qeydə alınıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə