Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yanukoviçin Azərbaycanda olması ilə bağlı açıqlama
Yanukoviçin Azərbaycanda olması ilə bağlı açıqlama
27 Fevral 2014 / 12:59 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Devrilmiş Prezident Viktor Yanukoviçin Azərbaycanda olması barədə informasiya o qədər absurddur ki, o, hətta müzakirə mövzusu ola bilməz. Bunu mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.

Diplomat qeyd edib: “Məndə belə məlumat yoxdur”. İki ölkənin gələcək münasibətləri haqqında danışan səfir bildirib ki, Azərbaycanla münasibətlər daim rəvan və tam səmimi olub, iki ölkənin maraqlarına əsaslanıb.

A.Mişenko deyib: “Ukraynada heç bir partiya və siyasi qüvvə Azərbaycanla münasibətlərin əleyhinə olmayıb və bu münasibətlər hakimiyyətin siyasi baxışlarından asılı olmayaraq, Ukrayna üçün həmişə prioritet olub. Ukraynada çoxsaylı diaspor yaşayır və biz həmin münasibətlərin davam etməsi üçün əlimizdən gələni edəcəyik. Bizim dəqiq hədəflərimiz var və onların üzərində işləməyi davam etdiririk”.

Səfir Ukrayna barəsində düşünülmüş mövqe nümayiş etdirdiyi üçün rəsmi Bakıya təşəkkür edib: “Bakı daim bunun Ukraynanın öz işi olduğunu bəyan edib”.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları nəticəsində Prezident Viktor Yanukoviç hakimiyyətdən kənarlaşdırılıb. Hazırda yeni hökumətin formalaşması işi aparılır və növbədəkənar seçkilərin keçirilməsinə hazırlıq gedir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə