Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Əmək kitabçaları ləğv olunur
Əmək kitabçaları ləğv olunur
27 Fevral 2014 / 13:43 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Azərbaycanda əmək kitabçaları ləğv olunacaq.  Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib ki, əmək kitabçalarının yerinə elektron bildirişlər fəaliyyət göstərəcək.

Onun sözlərinə görə, cəmiyyətdə hər bir işəgötürən işə götürdüyü istənilən yeni adamla müqavilə bağlayan zaman onun haqqında bütün məlumatı elektron bazadan ala biləcək.

S.Müslümov qeyd edib ki, hər hansı bir əmək kitabçasına əlavə ehtiyac qalmayacaq: “Bu, dünyada sivil qaydadır və hər yerdə tətbiq olunur. Azərbaycanda da bu proses sürətlə həyata keçiriləcək. Hazırda qanun və Nazirlər Kabinetinin bizə göndərdiyi tapşırıqlara uyğun olaraq, müvafiq tədbirlər həyata keçiririk. Bütün müvafiq proqram təminatları hazırdır. Qayda layihələri hazırlanıb, hazırda digər mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılır. Düşünürəm ki, yaxın günlərdə bu barədə artıq təchizata başlanacaq. Bu da yekun nəticədə Azərbaycanda əmək kitabçalarının ləğvinə gətirib çıxaracaq”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə