Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Təzə Bəy” hamamının əsl sahibi kimdir?
“Təzə Bəy” hamamının əsl sahibi kimdir?
27 Fevral 2014 / 15:59 / Baxış sayı: 102
Font1 Font2 Font3 Font4

Hamamı işlədən Elnur nədən xoflanır..? 

Bir müddət əvvəl məşhur “Təzə Bəy” hamamı ilə bağlı yazı dərc etmişdik. Qısa xatırlatma üçün bildirək ki, yazıda keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin başının dəstəsi ilə hamamda lövbər salmasından, hamamı işlədən Elnurun cənab nazirdən “jirni” vəzifə ummasından, ancaq arzusuna çatmamasından və digər maraqlı əhvalatlardan bəhs etmişdik.
Yazı oxucular arasında böyük marağa səbəb olub. Hətta oxuculardan bəziləri Qafqaz Xəbər Agentliyinə ( qafqaznews.az ) zəng edərək hamamla bağlı maraqlı məlumatlar verib. Biz də məlumatları öz süzgəcimizdən keçirib münasib bildiklərimizi cəmiyyətə təqdim edirik. Qafqaznews.az bildirir ki, ьəlumatların birində “Təzə Bəy” hamamının əsl sahibi olan məmurdan bəhs edilir. Düzdür, etika xatirinə və müəyyən səbəblərdən cənab məmurun adını çəkmirik.
Ancaq məmurun hamama sahib olması maraqlı faktdır. Çünki oliqarxlarımız adətən zavod, fabrik, ictimai-iaşə obyektlərini özəlləşdirib onlara sahib olurlar. Məmurun hamamçılığı maraq doğurur. Bəlkə də həmin məmur atalar demişkən, “Hamam suyu ilə özünə dost tutmaq istəyir”. Düzdür, həmin məmur hamama tez-tez öz müğənni dostlarını dəvət edib məclis qurur və sairə…

Digər məlumatda isə bu məşhur hamamı işlədən Elnurun qardaşı Kərimin başına gələn bir hadisədən sonra yaman xoflu olmasıdan bəhs edilir. Elnur hamama təşrif buyuran “bazburutlu” adam, “prestijli avtomobil nömrəsi” görən kimi başlayır özünü şübhəli aparmağa və deyir ki, vallah, mən bilirəm siz nə üçün gəlmisiniz….

Yazıq müştəri isə düşünür ki, görəsən Elnura nə olub ki, hər şeydən xoflanır… Elnur üçün elə bilki 1937-ci ildir. Elə bilir ki, hər gələn onun arxasınca gəlir. Binəva Elnur hamama çimməyə gələnlərə “NKVD” işçisi kimi baxır. Hamı düşünür ki, görəsən bu “hamam müdiri”nin keçmişində hansı qaranlıq məqamlar var? Zəng edən oxuculardan biri isə daha gülməli əhvalat söylədi. Sən demə, Elnurun “yuyucu”luğu da var imiş. Ağlınıza “moyka-zad” gəlməsin. Söhbət mürdəşirlikdən gedir. Həə, rəhmətlik imkanlılardan biri guya vəsiyyət edibmiş ki, məni Elnur yusun. Həm də bunun üçün yaxşı “bəxşeyiş” də qoyubmuş…

Elnur da qalıb odla su arasında. Bir tərəfdə “yaxşı bəxşeyiş”, o biri tərəfdə hamamın imici… Bundan sonra baş verənləri oxucuların fantaziyasına buraxırıq…

“Təzə Bəy”də baş verən digər maraqlı əhvalatlarla növbəti yazımızda tanış ola bilərsiniz.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə