Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daha bir məmura cinayət işi açıldı
Daha bir məmura cinayət işi açıldı
27 Fevral 2014 / 17:24 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4

Təhsil şöbəsinin müdiri barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Hadisə Təhsil şöbəsinin müdiri barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Baş Prokurorluqdan  verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində Quba rayon Təhsil şöbəsinin müdiri Süleyman Aslanovun qanunsuz hərəkətlərə yol verməsi faktlarına görə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Aparılmış istintaqla S.Aslanovun qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq saxta diplomlar əsasında Quba rayon sakinlərinin rayonun orta və tam orta məktəblərinə müəllim təyin edilməsinə nail olmaqla həmin şəxslər tərəfindən keyfiyyətsiz tədris aparılmasında, həmçinin dövlət büdcəsindən təhsilin maliyyələşdirilməsi üçün ayrılmış 103 min 455 manat məbləğində vəsaitin əmək haqqı kimi onlara qanunsuz olaraq verilməsinə şərait yaradaraq təhsil sistemini nufuzdan salan hərəkətləri ilə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan o, iş üzrə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə