Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ərdoğan Gülənə səsləndi
Ərdoğan Gülənə səsləndi
27 Fevral 2014 / 17:26 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Fətullah Güləni (hazırda ABŞ-da yaşayan din xadimi) ölkənin daxili işlərinə qarışmamağa çağırıb. Bu barədə Trend “TRT Haber” telekanalına istinadən məlumat verir. Baş nazir qeyd edib: “Xoca [F.Gülən – red.] siyasətə qoşulmaq istəyirsə, bunu demokratik yolla etməlidir”.

R.T.Ərdoğan əlavə edib ki, F.Gülən doğru olduğuna əmindirsə, ABŞ-dan Türkiyəyə qayıtsın. Bir müddət əvvəl R.T.Ərdoğan F.Gülənə bağlı hərəkatın fəaliyyətini tənqid edib və bu hərəkatı paralel struktur adlandırıb. Onun sözlərinə görə, paralel struktur ölkədə bütün siyasi qüvvələri, o cümlədən müxalifəti şantaj edir. Baş nazir qeyd edib ki, bu hərəkatın məqsədi bütün strukturlara və dövlət qurumlarına soxulmaqdır: “Paralel struktur ölkədə məkrli niyyətinə çatmaq üçün hər şeyi edir. Bu strukturun ölkənin hüquq-mühafizə orqanlarında əlaqələri var”. Bütün bunlarla yanaşı, R.T.Ərdoğan ABŞ-ı F.Güləni dəstəkləməkdə günahlandırır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə