Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mollalar da xüsusi imtahan verəcək
Mollalar da xüsusi imtahan verəcək
28 Fevral 2014 / 14:23 / Baxış sayı: 24
Font1 Font2 Font3 Font4

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mollaların attestasiyadan keçirmə qaydalarına dəyişikliklər edib. 

AzNews.az-a bu barədə məlumatı İdarənin fitva şöbəsinin müdiri, Qazılar Şurasının üzvü, Attestasiya komissiyasının sədri Hacı Mirəziz Seyidzadə bildirib. O deyib ki, ilk öncə komissiyasının üzvlərinin sayı artırılıb: “Buraya elm adamları, ictimai xadimlər və digər şəxslər daxil edilib. Məqsəd isə mollaların attestasiyası məsələsi daha ciddi aparmaqdır”.

Hacı Mirəziz Seyidzadə deyib ki, əsas dəyişiklik qəbiristanlıqda çalışan mollarla bağlıdır. Yeni qaydaya görə, QMİ tərəfindən qəbiristanlıq molları da xüsusi imtahandan keçirilməsi nəzərdə tutulur:  “Hazırda QMİ qəbiristanlıq mollalarına cavabdeh deyil və onlar təmsil etdiyim qurumdan qeydiyyatdan keçməyiblər. O mollaların əksəriyyəti dini təhsilləri yoxdur.

Ona görə də yasini necə oxuyurlar heç özümüzdə anlaya bilmirik. Biz bu məsələni yaxın vaxtlarda həll etmək qərarına gəlmişik. Komissiya tərəfindən onların dini bilikləri yoxlanılacaq və xüsusi icazələr veriləcək. Bundan sonra kənardan gələnlər qəbiristanlıqda yasın oxuya bilməyəcklər”.


arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə