Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rəsmi Bakı Dövlət Departamentinin hesabatına sərt cavab verdi
Rəsmi Bakı Dövlət Departamentinin hesabatına sərt cavab verdi
28 Fevral 2014 / 14:33 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Rəsmi Bakı ABŞ Dövlət Departamentinin (DD) illik hesabatına münasibətini bildirib.

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib ki, bu sənəd “qərəzlidir və reallığı əks etdirmir”. N.Məmmədovun sözlərinə görə, ABŞ Azərbaycanda baş verən proseslərə hər hesabatda olduğu kimi bu dəfə də qərəzli yanaşıb: “Biz bu hesabatı qəbul etmirik.

Bildiririk ki, həmin sənəd qeyri-obyektiv hazırlanıb. Orada insan haqlarının durumu, söz və sərbəst toplaşmaq azadlığı ilə bağlı əks olunanlar gerçəkliyə uyğun deyil. Həmin fikirlər Azərbaycandakı reallıqlar nəzərə alınmadan verilib.

Təəssüf ki, biz ABŞ-ın ölkəmizə münasibətdə belə qərəzli yanaşması ilə tez-tez rastlaşırıq. Amerikanın Azərbaycana qərəzli münasibəti özünü Qarabağ məsələsində də göstərir. ABŞ Xocalı faciəsinə niyə hələ də qiymət vermək istəmir? Dövlət Departamentinin rəsmi nümayəndəsi xanım Psaki isə jurnalistlərin Xocalı soyqırımı ilə bağlı suallarına ümumiyyətlə məhəl qoymadı.

Cənab səfir Morninqstar isə vasitəçi dövlətlərin Ermənistanı niyə təcavüzkar dövlət kimi tanımamsı sualına belə cavab verdi ki, biz heç kimi təhqir edə bilmərik. Vaşinqtonun Qarabağ məsələsinə münasibəti bax budur. Biz bu qeyri-obyektiv mövqe ilə razılaşmamalıyıq. İndiki hesabat da bu mövqeyin davamıdır” – deyə N.Məmmədov bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə